23 Yan
2020
14:07
1484

23
Yan
14:07



Beş "Qremmi" laureatı Dayan Rivs Heydər Əliyev Mərkəzində çıxış edəcək

Martın 29-da Heydər Əliyev Mərkəzində əfsanəvi caz müğənnisi, beş "Qremmi" mükafatı sahibi Dayan Rivsin (Dianne Reeves) konserti keçiriləcək.

Mərkəzdən XeberOxu.Az-a bildirilib ki, virtuoz Dayan Rivs improvizasiya ustalığı və unikal R&B üslubu sayəsində ən yaxşı caz ifaçılığına görə beş dəfə "Qremmi" mükafatı qazanıb. O, ardıcıl üç albomu ilə "Qremmi" mükafatı alan ilk müğənnidir.

Dayan Rivs, həmçinin Corc Kluninin altı "Oskar" qazanmış "Gecəniz xeyrə və uğurlar" (Good Night, And Good Luck) filmindəki saundtrekinə görə "Qremmi"yə layiq görülüb.

Onun sonuncu «Gözəl həyat» («Beautiful Life») albomu da 2015-ci ildə "Qremmi" alıb.

Dayan Rivs karyerası ərzində ən yaxşı simfonik orkestrlər və caz qrupları ilə əməkdaşlıq edib. Truba ifaçısı, bəstəkar Uinton Marsalis və Linkoln Mərkəzinin Caz Orkestri ilə birgə ifalarını yazdırıb, səhnəyə çıxıb. O, həmçinin Daniel Barenboimin dirijorluğu ilə Çikaqo Simfonik Orkestri ilə çıxışını lentə aldırıb, Berlin Filarmoniya orkestrinin solisti olub.

Dayan Rivs Los Anceles Filarmoniyasının caz üzrə ilk bədii rəhbəri və məşhur Uolt Disney konsert zalında çıxış edən birinci vokalist olub.

O, Berkli Musiqi Kolleci və Culyard Musiqi Məktəbinin fəxri doktoru dərəcəsini alıb. 2018-ci ildə ABŞ-ın Milli İncəsənət Fondu Dayan Rivsi ABŞ-da caz ifaçıları üçün ən yüksək təltifə – «Caz ustası» («Jazz Master») adına layiq görüb.

Heydər Əliyev Mərkəzindəki konsertin biletlərini Mərkəzin kassası, iTicket.az satış məntəqələri və saytından əldə etmək olar.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Güclü külək Xırdalanda fəsadlara səbəb oldu - VİDEO







Bakıda taksi sürücüsünü hədələyib pulunu və telefonunu aldılar







Şəkidə iki "VAZ" toqquşub, 1 nəfər ölüb







Kürdəxanıda yolu keçən qadını avtomobil vurub öldürdü


Digər Mədəniyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.