XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



21 Iyul
2021
15:32
695
21
Iyul
15:32



Beyləqanda şadlıq evlərində reydlər keçirilib

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının müvafiq dövlət orqanları ilə birgə keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində 2 şadlıq sarayında təşkil edilən toy mərasimində karantin rejiminin qayda və tələblərinin pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, rayon ərazisində fəaliyyət göstərən “Kral" və "Röya" şadlıq sarayında aparılan yoxlamalar zamanı qonaqların müəyyən edilən say həddindən artıq olması, eləcə də mərasimə qatılan şəxslərin əksəriyyətinin COVID-19 pasportunun olmaması müəyyən edilib. Aşkarlanan qayda pozuntuları ilə bağlı qeyd edilən obyektlərin sahibləri İbad Aslanov və Ağaxan Hacıyev inzibati məsuliyyətə cəlb edilib və oblar 4 min manat məbləğində cərimələnib. Həmçinin, qeyd edilən şadlıq saraylarında toy məclislərini karantin qaydaları çərçivəsində təşkil etməyən məclis sahibləri də inzibati məsuliyyətə cəlb edilərək 400 və 200 manat məbləğində cərimələniblər.

Beyləqan Rayon Polis Şöbəsini əməkdaşları tərəfindən müvafiq dövlət orqanları ilə birgə yaşadıqları evlərin həyətlərində toy məclisi təşkil edən şəxslər arasında da profilaktik yoxlama tədbirləri görülüb.Rayonun Örənqala qəsəbəsi, Eyvazalılar kəndi və digər inzibati əraazilərində keçirilən yoxlamalar zamanı analoji qayda pozuntularına rast gəlinib. Həmin toy sahibləri barəsində də qanunvericiliyə uyğun müvafiq tədbir görülüb, cərimə protokolları tərtib edilib

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Gömrük nəzarətinə bəyan edilməyən zərgərlik məmulatları aşkarlanıb








Polis “KamAZ” akkumulyatorları oğurlayan şəxsləri saxlayıb








Bakıda ağır yol qəzası: Ölən var








Binəqədidə qadın bıçaqlanaraq öldürülüb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.