Haqqımızda Reklam Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








04 Dek
2018
18:34
150



Beynəlxalq Bankın bu xidmətinə Mailbox funksiyası da əlavə olundu

Azərbaycan Beynəlxalq Bankı İnternet Bankçılıq xidmətindən istifadə edən korporativ müştərilərinin işini daha da asanlaşdırıb. Bu Xidmətə indi Mailbox funksiyası da əlavə edilib. Yeni funksiya hüquqi şəxslərə və sahibkar fiziki şəxslərə bankla rəsmi yazışmalar aparmaq imkanı verir. Bir çox əməliyyat sənədlərini indi banka gəlmədən skanlaşdıraraq XeberOxu.Az xəbər verir ki, mailbox vasitəsilə göndərmək, yaxud bankdan onlayn qaydada almaq olar. Müştəri bu funksiyadan faydalanmaq üçün hesabının olduğu filiala müraciət etməlidir.

İnternet Bankçılıq xidməti hüquqi şəxslərə və sahibkar fiziki şəxslərə aşağıda göstərilən imkanlardan istifadə etməyə şərait yaradır:

-Bank hesabına nəzarət;

-Hesabdan çıxarış;

-Ölkədaxili köçürmələr;

-Bankdaxili köçürmələr;

-Ölkəxarici köçürmələr;

-Kütləvi köçürmələr;

-Əməkhaqqı ödənişləri;

-Vergi ödənişləri;

-ƏDV ödənişləri;

-Konvertasiya əməliyyatları.

Bankın Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib ki, korporativ müştərilərin innovativ imkanlardan faydalana bilməsi üçün bank bu istiqamətdə tədbirləri davam etdirəcək: “Çalışırıq ki, məhsul və xidmətlərimizdən istifadə müştərilərimiz üçün daha əlçatan və rahat olsun”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər İqtisadiyyat xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]