Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Noy
2019
05:00
126

07
Noy
05:00



Beynəlxalq Muğam Mərkəzi Tbilisidə yerləşən Azərbaycan Mədəniyyəti Mərkəzinə tar hədiyyə edib

Tbilisidə yerləşən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinənin kolleksiyası Beynəlxalq Muğam Mərkəzinin hədiyyəsi ilə daha da zənginləşib.

XeberOxu.Az-ın   məlumatına görə, Beynəlxalq Muğam Mərkəzinin “Azərbaycan (muğamlar, xalq mahnıları və təsniflər) və gürcü (folklor) musiqi mədəniyyətləri: tarixi köklər, müasir əlaqələr və perspektivlər” layihəsi çərçivəsində BMM-in adından Azərbaycan musiqi alətlərinin şahı olan tar Tbilisidə yerləşən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinə hədiyyə edilib.

Tbilisi şəhərində Azərbaycanlıların ən çox toplaşdığı mədəniyyət ocaqlarından biri sayılan bu muzeydə musiqi dərnəkləri fəaliyyət göstərir. Muzeydə tar dərnəyinin yaradılması münasibətilə Beynəlxalq Muğam Mərkəzinin direktoru tar alətini Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyinə təqdim edib. Muzeyin rəhbərliyi dəyərli hədiyyəyə görə BMM-nin rəhbərliyinə minnətdarlığını bildirib. BMM isə öz növbəsində gələcəkdə bu istiqamətdə Azərbaycanın tar ifaçılığının görkəmli nümayəndələrinin muzeydə ustad dərsləri və görüşlərinin keçiriləcəyinə dəstək verəcəyini diqqətə çatdırıb.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Radiasiya yüksək olan ərazilərdə pol-pola qəbul edilməsi məsləhətdir







Anar Ağakişiyev: Öz kosmetika brendimi yaradıram







Şəki sakini "Opeli" aşırdı, xəstəxanaya aparılarkən yolda öldü







“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az