Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



12 Sen
2019
01:00
246

12
Sen
01:00




Beynəlxalq Muğam Mərkəzi "Unudulmayanlar" adlı layihəni davam etdirir

Beynəlxalq Muğam Mərkəzi muğam sənətimizin təbliği istiqamətində çoxsaylı layihələr reallaşdırır.

XeberOxu.Az-ın məlumatına görə, bu layihələrdən biri də “Unudulmayanlar” adlanır. "Unudulmayanlar" layihəsinin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli mədəniyyət xadimlərinin bəstəkarların, klassik musiqi tariximiz və muğam ifaçılarının həyat və yaradıcılığını təqdim etməkdir.

Layihənin açılışı ötən il, 5 mart 2018-ci il tarixində baş tutub və Azərbaycan mədəniyyət xadimi, dahi bəstəkar, məşhur alim-pedaqoq və ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 100 illiyinə həsr olunmuşdu. Daha sonrakı buraxılışlarda xanəndə, Xalq artistləri, unudulmaz ifaçılar, Həqiqət Rzayeva, Azərbaycan vokal ifaçılığının banisi, opera müğənnisi Bülbül və digər sənətkarlara həsr edilmiş gecələr təşkil edilib.

2019-cu ilin ilk "Unudulmayanlar"ı 24 sentyabr tarixində təqdim olunacaq. Layihənin ilk tədbirində XIX əsrin sonu - XX əsrin əvvəlində xanəndəlik fəaliyyəti ilə məşğul olmuş daha sonra neft sənayeçisinə çevrilən Seyid Mirbabayevin xatirəsi yad ediləcək. Bütün muğamsevərləri 2019-cu il boyunca layihənin maraqlı konsertlərini izləməyə dəvət edirik. Layihə “Mədəniyyət” kanalının informasiya dəstəyi ilə reallaşır.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi “Unudulmayanlar”, “Muğam axşamları” “Dastan gecələri”, “Aşıq musiqisi” , Etnik musiqi inciləri” kimi layihələri davam etdirməkdədir. Layihələrin məqsədi muğam sənətimizin , milli musiqimizin və qeyri maddi mədəni irsimizin təbliği və gənc nəslə tanıdılmasdır.

Konsertlərə biletləri iTiket.az , Asan xidmət mərkəzləri və şəhərimizin bütün kassalarından əldə edə bilərsiz .

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Əli Həsənov: "Nuru paşa- Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan"







Sabiq millət vəkili vəfat etdi







Paytaxtda 68 yaşlı kişi meyiti tapılıb







Azərbaycanda qadınlar avtobusda saçyolduya çıxdılar - VİDEO


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az