# EVDƏQAL
# EVDƏQAL



21 May
2020
01:25
2138

21
May
01:25



Beynəlxalq Muğam Mərkəzinin növbəti onlayn təqdimatı Zülfi Adıgözəlova həsr olunub

Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Unudulmayanlar” layihəsindən növbəti təqdimat görkəmli xanəndə Zülfi Adıgözəlova həsr olunub.

Mərkəzdən XeberOxu.Az-a bildirilib ki, müxtəlif layihələrlə tamaşaçıların görüşünə gələn BMM onlayn şəkildə öz “Facebook” və “Instagram” səhifəsindən izləyicilərə mədəni xidmət göstərməkdə davam edir. BMM-nin foyesində büstləri qoyulan muğam korifeylərimiz haqqında "Unudulmayanlar" layihəsi də bu silsilədəndir. Layihənin koordinatoru Gülhüseyn Kazımlı və musiqişünas, professor Nailə Rəhimbəyli muğam tariximizdə iz qoyan sənətkarlar haqqında söz açırlar, xanəndələrin arxivdə qorunan səs yazıları izləyicilərə təqdim olunur. Şifahi ənənəli professional musiqimizin tarixində XX əsrin görkəmli xanəndəsi ,təsnif və xalq mahnılarımızın mahir ifaçısı və təbliğatçısı Zülfi Adıgözəlovun həyat və yaradıcılığını professor Nailə Rəhimbəyli təhlil edib.

Qeyd edək ki, karantin rejimi təyin ediləndən və kütləvi tədbirlər təxirə salınan ilk günlərdən onlayn layihələrə start verən BMM-nin sözügüdən layihəsi çərçivəsində bugünə kimi Keçəçioğlu Məhəmməd, Azərbaycan tarının atası adlandırılan Sadıqcan və muğam sənətimizin xanı- Xan Şuşinskinin yaradıcılığından söz açılıb, xanəndələrin ifalarından nümunələr təqdim olunub. Layihə izləyicilər tərəfindən maraqla qarşılanır.

Diqqətə çatdırmaq istərdik ki, BMM-nin foyesində büstü qoyulan görkəmli muğam ustadları ilə bağlı mühazirələr davamlı olacaq.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bu gün Rusiyadan daha 175 azərbaycanlı vətənə gətirilir







Lənkəranda zəlzələ oldu - Yenilənib







Tələbələrə şad xəbər, imtahanlarda bu güzəştlər ediləcək







Öhdəsində azyaşlı uşağı olan bu şəxslərə vacib xəbər!


Digər Mədəniyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.