Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



13 May
2019
13:26
612



Beynəlxalq Sosial Təminat Assosiasiyası Azərbaycanda pensiya islahatına dəstək olacaq -FOTO

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) 14-16 may tarixlərində Bakıda keçiriləcək Avropa Regional Sosial Təminat Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş BSTA-nın Baş Katibi Marselo Abi-Ramia Kaetano ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş olub.

Xeberoxu.az-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin uğurları barədə məlumat verib. O, Azərbaycanda aparılan siyasətin mərkəzində insan amilinin dayandığını qeyd edib, güclü sosial siyasətə malik ölkəmizdə əhalinin rifah halının yaxşılaşdırılması, sosial təminatın gücləndirilməsi istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb. Nazir əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar, yeni yaradılan DOST Agentliyi və ilk DOST mərkəzi, DOST konsepsiyasının mahiyyət və məqsədləri haqqında BSTA-nın Baş Katibini məlumatlandırıb.

Sosial təminat sahəsində aparılan islahatlar kontekstində Azərbaycanın BSTA ilə fəal əməkdaşlığından bəhs edən S.Babayev ötən dövrdə ölkəmizin bu Təşkilatın büro üzvü, habelə Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçildiyini deyib. O, Avropa Regional Forumunun Avropa ölkələrində sosial təminat sistemlərinin inkişafı ilə bağlı birgə müzakirə və təcrübə mübadilələrin aparılmasında xüsusi önəmini qeyd edib. Nazir Forumun Azərbaycanda keçirilməsi barədə BSTA-nın qərarından, həmçinin BSTA-nın “Avropa üçün Yaxşı Təcrübə 2019” müsabiqəsində ölkəmizdən də bir sıra mühüm sosial proqramların xüsusi mükafat və təltiflərə layiq görülməsindən məmnunluğunu bildirib.

M.A.R.Kaetano Azərbaycana səfərə gəldikdən sonra qısa müddətdə artıq xoş təəssüratlara malik olduğunu deyib. O, ölkəmizin milli sosial təminat sistemində aparılan islahatlarda BSTA ilə geniş müstəvidə əməkdaşlıq etməsinin təqdirəlayiq olduğunu bildirib.

Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BSTA arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, pensiya islahatında dəstək, praktiki əməkdaşlıq gündəliyinin genişləndirilməsi imkanları, Bakıda keçiriləcək Avropa Regional Sosial Təminat Forumu ilə bağlı fikir mübadiləsi aparılıb.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Mətanət İsgəndərli Türkiyədə ərdə olan qızı ilə







FHN əməkdaşları mənzildə meyit tapıblar







Lalə Azərtaş bu dəfə İspaniyada







Azərbaycanda ginekoloq hamilə qadınlarla rəqs etdi - Video


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az