# EVDƏQAL
# EVDƏQAL



15 May
2020
13:57
2427

15
May
13:57



Beynəlxalq layihə: “Gül açdı” Azərbaycan xalq mahnısı yeni aranjimanda (VİDEO)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə ərsəyə gələn yeni beynəlxalq layihə Azərbaycan xalq mahnısının yeni aranjimanda tanınmış musiqiçilər tərəfindən təqdimatından ibarətdir.

İdarədən XeberOxu.Az-a verilən məlumata görə, layihədə 11 yaşlı azərbaycanlı gənc istedad, “Azərbaycanın ən gənc və ilk professional uşaq caz ifaçısı” adına layiq görülmüş Bülbül adına orta ixtisas musiqi məktəbinin “Klassik fortepiano və bəstəkarlıq” sinfinin şagirdi Məhəmməd Allahverdiyev tanınmış caz ifaçıları - Azərbaycanın Əməkdar artisti, bas-gitara ifaçısı Ruslan Hüseynov və Danimarkadan olan zərb alətləri ifaçısı Deodato Siquirlə bərabər “Gül açdı” Azərbaycan xalq mahnısını ifa ediblər.

“Səs Uşaqlar 2020” yarışmasının iştirakçısı, 11 yaşlı istedad Məhəmməd Allahverdiyev instrumental əsərlərin müəllifidir. Uşaqlıqdan caz musiqisinə böyük maraq göstərib, xüsusilə görkəmli bəstəkar Vaqif Mustafazadənin musiqisinin vurğunudur. “Yağış” və “Payız” əsərlərinə klip çəkdirib.

2019-cu ildə XIV Beynəlxalq Bakı Caz Festivalı çərçivəsində keçirilən “I am Jazzman” Gənc Caz İfaçıları Beynəlxalq Müsabiqəsində 14 yaşına çatmadığına görə müsabiqədənkənar iştirak etsə də istedadı sayəsində Xüsusi Priz və diploma, həmçinin “Azərbaycanın ən gənc və ilk professional uşaq caz ifaçısı” adına layiq görülərək bu il Böyük Britaniya və Danimarkada keçiriləcək Caz Festivala dəvət alıb.

Yeni layihəni Baş İdarənin rəsmi youtube kanalından izləyə bilərsiniz:

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Paytaxtda həyat yoldaşını liftdə öldürən kişi saxlanılıb







Bakıda “Hyundai” 61 yaşlı piyadanı vurdu







Sumqayıtda intihara cəhdin qarşısı alınıb







Mağazadan oğurluq edən Bakı sakini saxlanılıb


Digər Mədəniyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.