# EVDƏQAL
# EVDƏQAL



22 May
2020
13:22
2452

22
May
13:22



Biləcəridə gizli fəaliyyət göstərən restoran aşkarlandı -VİDEO

Biləcəri qəsəbəsində “Bulaq” restoranının sanitar-karantin qaydalarına zidd olaraq saat 18-dən sonra yerində müştərilər qəbul etdiyi aşkar edilib.

Ölkədə tətbiq edilən sanitar-karantin qaydalarına əməl etməyərək müştərilərə saat 18:00-dan sonra yerində xidmət göstərən daha bir restoran aşkar edilib. Tədbir zamanı Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən paytaxt sakini Akif Seyidəmirovun işlətdiyi “Bulaq” restoranın müəyyən edilmiş saatdan sonra fəaliyyət göstərdiyi müəyyən edilib.

XeberOxu.Az-ın məlumatına görə, Binəqədi Rayon Polis Post Patrul Xidməti Bölüyü və 6-cı Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin obyektin sanitar-karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi və müştərilər qəbul edildiyi məlum olub. Həmçinin restorana baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi və tibbi maskalardan da istifadə etmədikləri aşkar edilib. Obyektdə olan ümumilikdə 8 nəfər saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətiriliblər. Bölmədə həmin şəxslər polislər tərəfindən tibbi maskalarla təmin ediliblər.

Karantin qaydalarını pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi protokol tərtib olunub və onlar müvafiq qaydada cərimə olunublar

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Paytaxtda həyat yoldaşını liftdə öldürən kişi saxlanılıb







Bakıda “Hyundai” 61 yaşlı piyadanı vurdu







Sumqayıtda intihara cəhdin qarşısı alınıb







Mağazadan oğurluq edən Bakı sakini saxlanılıb


Digər HADiSƏ xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.