12 Yan 2021
02:00
![]() |
12
Yan 02:00
![]() Biləsuvarda karantin rejimini pozan kafe aşkarlanıb, 20 nəfər cərimələnib Biləsuvarda karantin rejimini pozan 20 nəfər cərimələnib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report”a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər ərazisində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən kafe aşkarlanıb. Keçirilən baxış zamanı həmin obyekti icarə əsasında işlədən Y.Kazımovla yanaşı, orada 19 nəfər müştərinin də olduğu müəyyən edilib. Həmin şəxslər polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib. Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar. Məqalə: ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Ötən gün cinayət törədən 50 nəfər saxlanılıb
Göyçayda 5 otaqlı ev yanıb
Bakıda bir nəfər köməksiz qaldı
Bakıda mansarda tipli ev yanıb
|