11 Yan 2021
17:42
![]() |
11
Yan 17:42
![]() Biləsuvarda karantin rejimini pozan kafe aşkarlanıb Biləsuvarda karantin rejimini pozan kafe aşkarlanıb, 20 nəfər cərimələnib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər ərazisində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən kafe aşkarlanıb. Keçirilən baxış zamanı həmin obyekti icarə əsasında işlədən Y.Kazımovla yanaşı orada 19 nəfər müştərinin də olduğu müəyyən edilib. Həmin şəxslər polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib. Hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Qaxda narkotik alverçisi silahla yaxalandı
Ağsu sakini həmkəndlisini güllələyib
Şabranda karantini pozan kafenin sahibi və müştərilər cərimələnib
Bakıda 20 Yanvar günü fişəng atan şəxs saxlanıldı -VİDEO
|