XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



06 Iyul
2021
16:40
3713
06
Iyul
16:40



Azərbaycan Ordusunda ehtiyata buraxılan hərbi qulluqçuların yola salınması mərasimi keçirilib -VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 31-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” müvafiq sərəncamının icrası Azərbaycan Ordusunda həyata keçirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bununla əlaqədar işğaldan azad olunan ərazilərdə yerləşən hərbi hissələrdən birində ordudan tərxis olunan hərbi qulluqçuların yola salınması münasibətilə “Əsgər, xidmətinə görə sağol!” adlı tədbir keçirilib.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbir iştirakçılarına 2016-cı ilin aprel döyüşləri və 44 günlük Vətən müharibəsinə həsr olunan videoçarx nümayiş olunduqdan sonra döyüş növbətçiliyinə daxilolma mərasimi keçirilib.

Mərasimdə Vətən müharibəsində qazanılan parlaq qələbədən, Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlıq nümunələri göstərərək doğma torpaqlarımızı işğalçılardan azad etməsindən danışılıb. Komandanlığın təbrik-müraciəti hərbi qulluqçulara çatdırılıb, xidmətini başa vurmuş əsgərlər silah və zirehli gödəkçələrini döyüş növbətçiliyinə yeni daxil olmuş əsgərlərə təhvil verərək onlara bu yolda uğurlar və qələbə sevinci arzulayıblar.
Gənc əsgərlər isə silahdaşları adından, özündən əvvəlki döyüşçülərin ənənələrini davam etdirəcəklərinə, ərazi bütövlüyümüzü göz bəbəyi kimi qoruyacaqlarına and içib.
Sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Vətən müharibəsi zamanı göstərdikləri şücaətə görə təltif olunanlara medallar, xidmətdə fərqlənən hərbi qulluqçulara isə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Tədbirin sonunda ehtiyata buraxılan hərbi qulluqçuların yola salınması münasibəti ilə qurbanlar kəsilib.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər Hərbi xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.