XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



13 Iyul
2021
18:28
5663
13
Iyul
18:28



“Xocalının səsi” qəzetinin 30 illik yubileyinə həsr olunmuş toplantı keçirilib - FOTO

Bu gün Azərbaycan Mətbuat Şurasında “Xocalının səsi” qəzetinin 30 illik yubileyi ilə bağlı toplantı keçirilib.

Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, mətbuat hər bir xalqın tarixində misilsiz rol oynayan düşüncə mərkəzidir. “Əkinçi” də bu rolu oynamışdı, ötən əsrin əvvəllərində işıq üzü görmüş qəzet və jurnallarımız da.

“Mətbuatımız XX əsrin sonlarına doğru da eyni missiyanı təkrarladı. Həmin dövrdə yaranmış qəzetlərimiz xalqın milli şüurunun oyanışına misilsiz töhfələr verdilər, haqq savaşımızın informasiya cəbhəsində dayandılar, həqiqətlərimizi, məhrumiyyətlərimizi çatdırmaq, faciələrimizi bəyan etmək yolunda əzmlə çalışdılar. Belə nəşrlərdən biri də “Xocalının səsi” qəzeti idi. Çətin və mürəkkəb şəraitdə yaranmış bu mətbuat orqanı yalnız bir rayonun təmsilçisi olmadı, eyni zamanda Xocalı dəhşətinin hayqıran söz tribunasına çevrildi. 30 il ərzində o dəhşət nəşrin səhifələrinə daşındı. Bu günün “Xocalının səsi” qəzeti də 30 il əvvəlki ənənələrinə sadiqdir, öz dəst-xəttini qoruyur. Ə.Amaşov çıxışının sonunda “Xocalının səsi” qəzetinin baş redaktoru Qalib Bəyməmmədoğluna Mətbuat Şurası tərəfindən nəşrə ünvanlanmış təbrik plaketini təqdim edib.

Toplantıda çıxış etmiş MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Şuranın İdarə Heyətinin üzvləri - “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid yubilyar nəşrə təbriklərini çatdırıblar. Onlar həmçinin qəzetin qarşıdakı dövrdəki fəaliyyətinin dövrün tələbləri səviyyəsində daha intensiv və səmərəli qurmasının əhəmiyyətindən söz açıblar.
Toplantıda çıxış edənlərdən Xankəndi seçki dairəsindən Milli Məclisin sabiq deputatı Flora Qasımova, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, veteran jurnalistlər – Məzahir Süleymanzadə, Akif Cabbarlı, Bəbir Hüseynov, Rafiq Hacıyev, həmçinin “Xocalını tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu, yazıçı-publisist Azər Hacıbəyli, Azərbaycan Tibb Universiteti rektorunun müşaviri, tibb elmləri doktoru Mübariz Allahverdiyev, “Xocalının səsi” qəzetinin Birinci Qarabağ Müharibəsi zamanında şəhid olmuş əməkdaşı, nəşrin fəaliyyət göstərməsinə böyük əmək sərf etmiş Şöhrət Həsənovun həyat yoldaşı, Xocalı sakini Mehriban Həsənova, səkkiz gün erməni əsirliyində qalmış Xocalı sakini Dürdanə Ağayeva və başqaları 30 illik yubileyini qeyd edən nəşri Xocalı ictimai, ədəbi və bədii mühitinin siması kimi dəyərləndiriblər. Onlar həmçinin müxtəlif illərdə nəşrin hansı məhrumiyyətlərə qatlaşaraq fəaliyyət göstərməsinə dair maraqlı faktlar açıqlayıblar. Toplantıda “Xocalının səsi”nin 30 illik tarixinin həm də Azərbaycan tarixinin mühüm parçası olduğu vurğulanıb, bu tarixin yaşadılmasında əməyi keçənlərə minnətdarlıq duyğuları ifadə olunub.

Sonda çıxış edən “Xocalının səsi” qəzetinin baş redaktoru Qalib Bəyməmmədoğlu toplantı iştirakçılarına təşəkkürlərini çatdırıb. Nəşrin hazırkı dövrdəki fəaliyyət istiqamətləri barədə məlumat vermiş baş redaktor onun müasir tələblərə uyğunlaşdırılması istiqamətində görülən işlərin üzərində dayanıb. Q.Bəyməmmədoğlu eyni zamanda Sərdar Həmidov başda olmaqla 30 il əvvəl nəşri ərsəyə gətirmiş, eləcə də ötən müddətdəki fəaliyyətini təmin etmiş şəxslərə təşəkkürünü bildirib, fikrini bu şəxslərin fədakar əməyinin örnək məqamlarından söz açaraq tamamlayıb.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər Media xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.