XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



14 Iyul
2021
17:33
4829
14
Iyul
17:33



“Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar başa çatıb

Medianın İnkişafı Agentliyi və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə iyunun 14-dən iyulun 10-dək davam edən “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar başa çatıb.

Xeberoxu.Az-ın məlumatına görə, iyulun 14-də seminarın bağlanış mərasimində çıxış edən “ADA” Universitetinin İcraçı prorektoru Fariz İsmayılzadə bildirib ki, bu təlimlər media sahəsində yeni trendin başlanğıcına, jurnalistlərin peşəkar inkişafına töhfə verəcək.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov seminarların əhəmiyyətindən danışıb.

Daha sonra “ADA” Universitetinin prorektor müavini, İxtisasartırma Programlarının rəhbəri Aygün Hacıyeva seminarlar çərçivəsində əldə olunan nailiyyətlərə dair təqdimatla çıxış edib.

Universitetin Kommunikasiya və rəqəmsal media üzrə müəllimi Şəfəq Mehrəliyeva seminarların buraxılışı münasibətilə iştirakçıları təbrik edib.

Seminar iştirakçıları isə bu seminarların təşkilindən məmnunluğunu ifadə ediblər.
Sonra seminar iştirakçılarına sertifikatlar təqdim edilib.

Qeyd edək ki, seminarlarda 75 media qurumunun rəhbər şəxsləri iştirak edib. Seminarlar zamanı iştirakçılar qarşısında həm yerli, həm də xarici, o cümlədən Al Jazeera və Haber Global-ın mütəxəssisləri təcrübələrini bölüşüblər.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər Media xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.