XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



28 Iyul
2021
18:58
7352
28
Iyul
18:58



Müslüm Maqomayev və Tofiq Quliyevin heykəllərinin qoyulacağı yer bəlli oldu

Dünya şöhrətli vokalçı Müslüm Maqomayevin və görkəmli bəstəkar Tofiq Quliyevin Bakı şəhərində heykəllərinin qoyulacağı yer müəyyənləşib.

Xeberoxu.Az "AzərTac"a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə hər iki sənətkarın abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsi Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb.

“Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında” ölkə başçısının 12 mart 2020-ci il tarixli Sərəncamının icrası məqsədilə Mədəniyyət Nazirliyinin sifarişi əsasında hazırlanan heykəlin Dənizkənarı Milli Parkın ərazisində, dəniz tərəfdən Dövlət Kukla Teatrının yaxınlığında ayrılmış yerdə ucaldılması nəzərdə tutulur. Abidənin müəllifi Xalq rəssamı, heykəltəraş Ömər Eldarovdur. Hazırda heykəlin son tamamlama işləri aparılır.

“Tofiq Quliyevin abidəsinin ucaldılması haqqında” Azərbaycan Prezidentinin 20 may 2021-ci il tarixli Sərəncamının icrası məqsədilə Mədəniyyət Nazirliyinin sifarişi əsasında heykəltəraş Tural Rzaquliyev tərəfindən hazırlanması nəzərdə tutulan heykəlin isə keçmiş “Bakı” mehmanxanasının yerində salınmış parkda ucaldılması planlaşdırılır.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər Mədəniyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.