XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



30 Iyul
2021
22:30
1410
30
Iyul
22:30



Ceyhun Bayramov ölkəmizin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb

30 iyul 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin rəhbərləri, o cümlədən yeni təyin olunmuş səfirləri ilə görüşüb. Görüşdə, həmçinin Xarici İşlər Nazirliyinin rəhbər heyəti iştirak edib.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə nazir Ceyhun Bayramov müstəqillik tariximizin ən önəmli dövrünü yaşadığımızı qeyd edərək, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda apardığımız Vətən müharibəsi nəticəsində şanlı Zəfərin əldə olunması münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq ifadə edib, habelə qüdrətli Ordumuza fəxarətlə istinad edərək, Vətənimizin bütövlüyü uğrunda canından keçmiş Şəhidlərimizin ruhu önündə baş əydiyimizi vurğulayıb.

Nazir yeni səfir təyinatları münasibətilə həmkarlarını təbrik edib.

Ceyhun Bayramov müasir dövrün çağırışları fonunda, hazırkı post-münaqişə mərhələsində ölkəmizin milli maraqları əsasında dövlət başçısının müəyyən etdiyi xarici siyasət kursu çərçivəsində qarşımızda duran əsas məqsəd və vəzifələr, o cümlədən əldə edilmiş Zəfərin möhkəmləndirilməsindən bəhs edib. Nazir, dinamik şəkildə dəyişən mövcud vəziyyətdə AR diplomatik nümayəndəliklərinin əsas fəaliyyət istiqamətləri barədə danışıb. Ceyhun Bayramov eyni zamanda, diplomatik nümayəndəliklərin rəhbərlərinə müxtəlif istiqamətlərdə fəaliyyət səmərəliliyinin artırılması üzrə görülmüş işlər barədə məlumat verib, onlara bu xüsusda məsləhət və tapşırıqlarını verib.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər Siyasət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.