XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



31 Iyul
2021
18:19
1002
31
Iyul
18:19



İsrail şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpası layihələrində iştirakda maraqlıdır

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti İsraildə işgüzar səfərdə olub.

Xeberoxu.Az-in İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin turizm naziri Yoel Razvozov arasında görüş keçirilib.

M. Cabbarov həmçinin, xarici işlər naziri Yair Lapid, maliyyə naziri Aviqdor Liberman, inşaat və mənzil siyasəti naziri Zeev Elkin, regional əməkdaşlıq naziri Esavi Frejlə görüşüb.

Görüşlərdə yüksək texnologilyalar, rəqəmsallaşma, ali təhsil, xüsusilə İT və kiber təhlükəsizlik sahəsində əməkdaşlıq, kənd təsərrüfatı, bərpa olunan enerji, qarşılıqlı ticarətin genişləndirilməsi, vergi məsələləri, yeni əməkdaşlıq imkanları, qeyri-neft sektorunda qarşılıqlı təcrübə mübadiləsi, həmçinin azad edilmiş ərazilərimizin bərpası istiqamətində həyata keçiriləcək layihələr barədə müzakirələr aparılıb, İsrail şirkətlərinin layihələrdə iştirakda marağı ifadə olunub.

İsrail rəsmiləri ölkələrində Azərbaycanın Ticarət və Turizm nümayəndəliklərinin açılmasını yüksək qiymətləndirib, tərəfdaşlığın, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi, biznes-dialoqun təşviqi üçün əhəmiyyətli platforma olacağını, keçirilən görüşlərin və aparılan səmərəli müzakirələrin qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə və birgə layihələrin icrasına, ticarət, tikinti, kənd təsərrüfatı, bərpa olunan enerji, İKT, kiber təhlükəsizlik, turizm kimi sahələrin inkişafına töhfə verəcəyini vurğulayıblar.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.