Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Iyun
2019
13:10
1422

20
Iyun
13:10



Bolqarıstanlı nazir: Regionda infrastruktur layihələrinin gerçəkləşdirilməsi üçün təhlükəsizliyə töhfə vermək lazımdır

Regionda infrastruktur layihələrinin gerçəkləşdirilməsi üçün təhlükəsizliyə töhfə vermək lazımdır.

XeberOxu.az-ın məlumatına görə, bu barədə Bolqarıstan baş nazirinin müavini və xarici işlər naziri Yekaterina Zaxaryevanın Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasının iclasına təbrik məktubunda bildirilir.

Y.Zaxaryeva Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi layiqincə yerinə yetirdiyini qeyd edib: “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasında parlamentlərarası əlaqələrimizlə regionda əməkdaşlığımızı artıra bildik. Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclası bu baxımdan mühüm və aktual məsələlərlə bağlı fikir mübadiləsinin aparılmasında böyük imkan yaradacaq”.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyin Bolqarıstana keçəcəyini vurğulayan Y.Zaxaryeva bildirib ki, ölkəsi bu işləri görməyə, çağırışlara cavab verməyə hazırdır.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az