# EVDƏQAL
# EVDƏQAL



12 Mart
2020
14:09
1624

12
Mart
14:09



Boşandığı qadının sevgilisini bıçaqladı - MƏHKƏMƏ

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Teymur Ağayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. 

Xeberoxu.az xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin növbəti iclası martın 18-nə təyin edilib.

Təqsirləndirilən Teymur Ağayev Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən il mayın 13-də baş verib. Belə ki, Masallı rayon sakini, 1986-cı il təvəllüdlü Teymur Bəyağa oğlu Ağayev qısqanclıq zəminində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Ə.Yaqubov küçəsi, 1 ünvanının qarşısında Cəlilabad rayon sakini, 1978-ci il təvəllüdlü Elşad Dünyamalı oğlu Hüseynova biri daxilə nüfuz etməklə baş və kürək nahiyəsinə ümumilikdə 5 bıçaq zərbəsi vurub.

Nəticədə, Elşad Hüseynov ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Səbail rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 29.129-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi üzrə cinayət işi başlanıb.

İlkin araşdırma zamanı Teymurun cinayəti namus üstündə törətdiyi məlum olub. Teymur bıçaqladığı Elşadın keçmiş arvadı Əfsanə Şıxəliyeva ilə münasibətlərindən şübhələnib. Teymur boşandıqdan sonra Əfsanə Şıxəliyevanın Elşadla görüşməsini özünə təhqir kimi qəbul edib. Bundan başqa, o, ailəsinin dağılmasına səbəbkar kimi də Elşadı görüb.

Teymur Əfsanəni izləyərək Elşadla görüşə getməsini gözləyib. Əfsanə bulvarda Elşadla görüşərkən Teymur "rəqibinə" bir neçə bıçaq zərbəsi endirib.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







DMX-dən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət







Ağcabədidə yük avtomobili yandı







Bakıda bahalı it oğurlandı







Benzin və maye qazdan icbari tibbi sığorta haqlarının tutulması doqquz ay təxirə salınıb


Digər Kriminal xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.