AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





14 Mart
2019
13:31
342



Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü: Beynəlxalq dialoq və əməkdaşlıq təhlükəsizliyin təmin olunmasının əsas mexanizmləridir

Beynəlxalq dialoq və əməkdaşlıq təhlükəsizliyin təmin olunmasının əsas mexanizmləridir.

Xeberoxu.az-ın məlumatına görə, bunu bu gün Bakıda keçirilən “Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumunda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç deyib.

O qeyd edib ki, çoxtərəflilik və qaydalara əsaslanmış beynəlxalq nizam qlobal problemlərin həlli üçün ən yaxşı platforma olaraq qalmaqdadır:

“Beynəlxalq dialoq, əməkdaşlıq, insan hüquqlarına hörmət və beynəlxalq hüququn qəbul olunmuş normalarına əməl olunması təhlükəsizliyin, sabitliyin və dayanıqlı inkişafının təmin olunmasının əsas mexanizmləridir. Biz bu bəşəri beynəlxalq dəyərləri, prinsipləri, hüquq və qaydaları müdafiə etməli, təşviq etməli və inkişaf etdirməliyik”.

Ş.Caferoviçin sözlərinə görə, Bosniya və Herseqovina çoxtərəfliliyə və beynəlxalq konvensiyalardan meydana çıxan öhdəliklərə uyğun fəaliyyətə sadiqdir.

Qeyd edək ki, martın 14-də VII Qlobal Bakı Forumu öz işinə başlayıb. Martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Mövzusu “Dünyanın yeni xarici siyasəti” olan VII Qlobal Bakı Forumunda dünyanın 50-dən çox ölkəsindən 500-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər.

Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılır.

Xeberoxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Ən Çox Oxunanlar







XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir







Əli Əhmədov: Dünyada Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən, beynəlxalq aləmdə böyük nüfuz sahibi olan ölkələrdəndir







Azərbaycanla Gürcüstan sərhədin razılaşdırılmamış hissələrinə birgə baxış keçirəcək







Avroliqanın final oyunu ilə əlaqədar dəmir yolunda TƏDBİRLƏR PLANI hazırlanıb


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az