07 Apr 2021
11:21
![]() |
07
Apr 11:21
![]() Bu Ramazanda da kütləvi iftar mərasimləri keçirilməyəcək - QMİ nümayəndəsi - VİDEO Ramazan ayı boyunca vaksinasiya prosesi davam etdiyindən, insanlar oruc halında peyvənd vurdura bilərlər. Bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib. Onun sözlərinə görə, peyvənd vurdurmaq orucu pozmur: “Mən özüm də vaksinasiya prosesindən keçmişəm və peyvənd vurduran zaman oruc idim. Həkimlərlə də məsləhətləşdik, bunun hər hansısa zərəri yoxdur və şəriətə görə də oruc halında vaksin olunmaq qadağan deyil”. Hacı Şahin Həsənli qeyd edib ki, Ramazan ayı boyunca kütləvi mərasimlərin keçirilməsi məqsədə uyğun deyil: “İftar mərasimləri kütləvi şəkildə qeyd olunmayacaq. İnsanlar ictima-iaşə obyektlərində, restoranlarda tətbiq edilmiş karantin qaydaları çərçivəsində iftar süfrələri təşkil edə bilərlər. Bu zaman insanlar masa arxasında məsafə saxlamaqla, sanitar-epidemioloji qaydalara uyğun olaraq əyləşməlidirlər, kütləvi toplaşmaq məqsədəuyğun deyil. Xərclənən vəsaitləri yardım aksiyalarına yönəldə bilərlər”. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bu il baş verən yol qəzaları ilə bağlı məlumat
Dələduzluğa görə həbs edilən "vəzifəli şəxs"dən xəbər var
Özünü Kürə ataraq intihar edən Yevlax sakini
Bakıda avtomobil piyadanı vurub öldürdü - FOTO
|
|