Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



14 Sen
2020
15:08
3126
14
Sen
15:08



Bu dəfə uşaqlar üçün könüllü oldular

Gənclər Fondu, UNICEF Azərbaycan və Azərbaycan Könüllü Təşkilatları İttifaqı "Gələcəyimizi qoruyaq" aksiyasına start verib.

Fonddan  XeberOxu.Az-a verilən məlumata görə, Bakı şəhəri də daxil olmaqla, respublikanın 33 şəhər və rayonunda keçirilən aksiyada uşaqları fiziki və mənəvi cəhətdən qorumaq, onlara diqqət və qayğı göstərmək məqsədilə, könüllülər uşaqlara COVID-19 pandemiyasından qorunmaq üsullarını əyləncəli şəkildə təsvir edən kitabçalar paylayır, xüsusən son dövrlərdə şəxsi gigiyenanın, sosial məsafə və maska istifadəsi kimi qaydalara əməl etməyin onların sağlamlığı üçün nə qədər vacib olduğunu izah edirlər.

Daha öncə də vətəndaşların maarifləndirilməsi üçün müxtəlif genişmiqyaslı layihələr həyata keçirən Azərbaycan Könüllü Təşkilatları İttifaqı, ölkəmizdə könüllülük hərəkatının daha geniş vüsət alması və səmərəliliyinin gücləndirilməsi məqsədilə 20 avqust 2020-ci il tarixində təsis edilmişdir.

İttifaqın missiyası Azərbaycanda könüllülük hərəkatının inkişafı üçün münbit şəraitin yaradılmasına dəstək vermək, milli-mənəvi dəyərlərimizə və ənənələrimizə yaxın olan könüllülüyün Azərbaycanda gündəlik həyat normasına çevrilməsinə nail olmaqdır.

Daha geniş məlumat İttifaqın sosial media hesablarından əldə edilə bilər.

Facebook: https://www.facebook.com/akti.aze/

İnstagram: https://www.instagram.com/akti.aze/

Twitter: https://twitter.com/akti_aze

Telegram: t.me/aktiaze

Youtube: https://www.youtube.com/channel/UCAVvpOAO2D5Hsg3_bKWORFQ

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Suraxanıda 2 əl qumbarası tapılıb







İrandan gizli şəkildə 3 minə yaxın dərman keçirmək istədilər -Video







Bakıda sərnişin avtobusu qəzaya uğradı







Abşeronda istixanada narkotik əkib-becərən şəxs iş başında yaxalandı


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00








[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.