Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



15 Sen
2020
14:55
1497
15
Sen
14:55



Bu il Azərbaycan 172 ölkə ilə ticarət əməliyyatları həyata keçirib

2020-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 172 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 102 ölkəyə məhsul ixrac olunub, 160 ölkədən idxal olunub.

XeberOxu.Az-ın məlumatına görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 13 milyard 777,6 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 7 milyard 876,8 milyon dollarını və ya 57,2 faizini ölkədən ixrac olunmuş məhsulların, 5 milyard 900,8 milyon dollarını (42,8 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1 milyard 976,0 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 30,9 faiz, real ifadədə 22,5 faiz, o cümlədən idxal 43,4 faiz, ixrac isə 7,1 faiz azalıb.

2020-ci ilin yanvar-iyul aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 8,6 faiz, real ifadədə isə 17,1 faiz azalaraq 1 milyard 35,1 milyon dollar təşkil edib.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Suraxanıda 2 əl qumbarası tapılıb







İrandan gizli şəkildə 3 minə yaxın dərman keçirmək istədilər -Video







Bakıda sərnişin avtobusu qəzaya uğradı







Abşeronda istixanada narkotik əkib-becərən şəxs iş başında yaxalandı


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00








[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.