11 Yan 2021
18:58
![]() |
11
Yan 18:58
![]() Bu il BNA paytaxt qəsəbələrinin avtobus parkını yeniləyəcək Vətəndaşların rahatlığının təmin olunması, onlara keyfiyyətli və təhlükəsiz xidmətlərin göstərilməsi məqsədilə avtobus parkının yenilənməsi davam edir. Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. O bildirib ki, bu il Azərbaycana Avro 6 standartlı daha 320 avtobuas gətiriləcək: “Avtobusların bu və ya digər marşrut xətlərinə paylanması sərnişinlərin rəyi əsasında həyata keçiriləcək.” Onun sözlərinə görə, yeni avtobuslar əsasən Bakının yaşayış məntəqələrinin avtobus parklarının yenilənməsinə yönələcək: “Dövlət başçısının sərəncamlarına uyğun olaraq paytaxtın qəsəbələrinin yol infrastrukturu yenilənir. Yol infrastrukturu 9 metrlik avtobusların hərəkətinə imkan verən rayonlar həmin avtobuslarla təmin olacaq. Yolları dar olan rayonlarda isə genişlənmə işləri aparıldıqdan sonra avtobus parkı yenilənəcək”. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Qaxda narkotik alverçisi silahla yaxalandı
Ağsu sakini həmkəndlisini güllələyib
Şabranda karantini pozan kafenin sahibi və müştərilər cərimələnib
Bakıda 20 Yanvar günü fişəng atan şəxs saxlanıldı -VİDEO
|