XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda            RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU  



03 May
2021
14:49
694
03
May
14:49



Bu ilin əvvəlindən ARDNF-in aktivləri 2% azalıb

Bu ilin I rübündə Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 3 182,1 milyon manat, büdcə xərcləri isə 2 519,9 milyon manat təşkil edib.

Xeberoxu.Az bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, yanvar-mart aylarında ARDNF neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı 2 468,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 1 696,6 milyon manat, bonus ödənişlərindən 765,9 milyon manat, tranzitdən isə 5,6 milyon manat gəlir əldə edib. Fondun vəsaitinin idarə olunmasından gəliri isə 714 milyon manat olub.

Hesabat dövründə ARDNF 2021-ci il üzrə büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 2 513,7 milyon manat vəsait transfert edib, “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 0,7 milyon manat vəsait yönəldib, Fondun idarə edilməsi ilə bağlı xərcləri isə 5,5 milyon manat təşkil edib.

Qurumun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı büdcədənkənar xərci isə 2 027,5 milyon manat olub.

Bu il aprelin 1-ə ARDNF-in aktivləri ötən ilin sonuna nisbətən 1,8% azalaraq 42 761,3 milyon ABŞ dollarına düşüb. Büdcə gəlirlərinin büdcə xərclərini üstələməsinə baxmayaraq aktivlərin azalmasına səbəb qızılın qiymətinin düşməsi və investisiya portfelinin tərkibində yer alan əsas valyutaların məzənnələrinin dollara qarşı zəifləməsi olub.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Ötən gün yol qəzalarında üç nəfər ölüb








Balakəndə at qəzaya səbəb oldu - VİDEO








Əmioğlular ərzaq mağazasından qızıl oğurladılar- FOTO








Prospektdə qəza olub, sıxlıq var -FOTO


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 555-01-81
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.