# EVDƏQAL
# EVDƏQAL



02 May
2020
10:16
7720

02
May
10:16



Bu məhsullar bağırsağın işini yaxşılaşdırır

Bəzi məhsullar bağırsaqların işini qaydaya salmağa və maddələr mübadiləsini yaxşılaşdırmağa kömək edə bilər.

Bu barədə rusiyalı onkoloq Yelena Smirnova iddia edir.

Onun sözlərinə görə, səhəri bir stəkan su ilə başlamaq lazımdır. Suya limon əlavə etməyə ehtiyac yoxdur, çünki limon mədənin selikli qişası üçün çox aqressivdir.

Səhər yeməyi üçün mütəxəssis zülal (məsələn, kəsmik və ya qaynadılmış yumurta) və ya gec həzm olunan karbohidratlar (sıyıqlar), həmçinin tərəvəz istifadə etməyi məsləhət görür.

Smirnova bildirib ki, nahar “ən tutumlu yemək” olmalıdır. O, özündə ət və ya balıq şəklində zülal və gec həzm olun karbohidrat ehtiva etməlidir.  Eləcə də nahara şorba və təzə tərəvəzdən salat yemək lazımdır.

Qəlyanaltıya isə mütəxəssis meyvə məsləhət görür.

Şam rasionunda isə ağır qarnirlərdən imtina etmək lazımdır. Bu qida qəbulunun əsasında zülal və tərəvəz olmalıdır, məsələn toyuğun döş əti və tərəvəz qovurması.

Yatmamışdan öncə isə Smirnova kefir və ya qatıq içməyi məsləhət görür.

Onun sözlərinə əsasən, rasiona gün ərzində təbii probiotiklər, məsələn, kələm turşusu, duzlu xiyar, qatıq, çay göbələyi daxil etmək daha yaxşı olardı.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şokoladın tərkibi, sağlamlığa fayda və zərərləri







TƏBİB və Bakı Media Mərkəzi "Metodiki Göstərişlər"lə bağlı növbəti videoçarx hazırlayıb -VİDEO







Lerikdəki Büzeyir qalası qədim insan məskənidir







Beynəlxalq Türk Akademiyası yanında Türkologiya Kafedraları Şurasının iclası keçirilib


Digər Maraqlı xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.