CANLI
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



04 Iyun
2019
21:55
966

04
Iyun
21:55



Bügünkü hərracda hansı əmlaklar özəlləşdirildi? - Nəticə

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.

Komitədən Xeberoxu.az-a verilən məlumata görə, hərracda özəlləşdirilən kiçik dövlət müəssisəsi Sabirabad rayonunda yerləşən 48 saylı yeməkxanadır. Ümumi sahəsi 226,3 kv.m, torpaq sahəsi 770 kv.m təşkil edən bu iaşə obyekti xidmət sahəsinə aid olmaqla investor üçün yaxşı gəlir mənbəyidir. Həmin əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib.

Qeyd edilməlidir ki, hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahələri ilə birgə özəlləşdirilir. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır

Qeyri-yaşayış sahələri Bakı və Sumqayıt şəhərlərində yerləşir. Bakı üzrə özəlləşən əmlak Qaradağ rayonunda yerləşir. Ümumi faydalı sahəsi 85 kv.m-ə yaxın olan əmlak xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Sumqayıtda yerləşən ümumi faydalı sahəsi 50 kv.m-ə yaxın olan obyektdən ofis, xidmət obyekti kimi istifadə etmək olar.

Məlumat üçün bildirilməlidir ki, budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakı şəhərində yerləşən qeyri-yaşayış sahəsi olub.

Qeyd edilməlidir ki, hərracda müxtəlif markalı nəqliyyat vasitələri sahibini tapır. Özəlləşən nəqliyyat vasitələri Avropa, Asiya, Amerika istehsalı olan avtomobillər üstünlük təşkil edir. Bunlara "BMW", "Fiat", "Chevrolet", "Kia", "Nissan" kimi avtomobilləri qeyd etmək olar. Həmin maşınların buraxılış tarixi isə müxtəlif illəri əhatə edir. Budəfəki hərracda isə istehsal tarixi 2006-cı il olan "Nissan Maxima" markalı avtomobil özəlləşdirilib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda avtobus drenaj xəttinə düşüb, 1 nəfər xəsarət aldı-FOTO







Tovuz və Tərtərdə qaz olmayacaq







Qeyri-sabit hava nə vaxtadək davam edəcək?







Bakıda xanım sürücü qəza törədib


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az