Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



16 Sen
2020
12:48
2307
16
Sen
12:48



COVİD-19 insanların həyat tərzinə necə təsir edib? - Rəsmi Açıqlama

Özünütəcrid rejimi insanların həm gündəlik həyat tərzlərini dəyişdi, həm də onların psixoloji qeyri-sabitliyini üzə çıxarıb.

XeberOxu.Az-ın məlumatına görə,Bunu açıqlamasında Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, tibb elmləri doktoru, professor Fuad İsmayılov COVID-19 pandemiyasının insanların psixoloji sağlamlığına təsiri məsələsinə münasibət bildirərkən deyib. O qeyd edib kli,COVID-19 pandemiyası insanların nəinki həyat və sağlamlığı üçün təhlükə yaradıb, hətta hər kəsi olduqca çətin psixoloji vəziyyətə salıb: "COVID-19 virusunun yaratdığı narahatlıq və qorxu milyonlarla insanın ruhi sağlamlığına mənfi təsir edib, pandemiya səbəbindən qarşılıqlı sosial əlaqələrin çatışmazlığı insan psixikasına dərin mənfi təsir göstərib. Belə vəziyyətdə əsas simptomlar sırasında sayıqlama əlaməti seçilir və hal-hazırda koronaviruslu xəstələrdə də tez-tez müşahidə edilməkdədir".

F. İsmayılov hal-hazırda rəhbərlik etdiyi mərkəzə psixoloji yardım üçün müraciət edən insanların sayının artmaqda olduğunu və müraciət edən xəstələrdə müxtəlif psixoloji və psixiatrik pozuntular müşahidə olunduğunu deyib: "Məsələn, kəskin stress reaksiyası və depressiya sindromlarından əziyyət çəkən xəstələr öz həyatlarını itirməkdən qorxur, özlərini "stres halında" saxlayır. Yoluxma qorxusu artdığına görə müraciət edənlərin arasında obsessiv – kompulsiv pozuntuların artması müşahidə olunur".

Professor panik ataklar və generalizə olunmuş təşviş pozuntuları, sosiallaşmanın az olması, ailədaxili münaqişələri, gələcəyin qarşısında qorxuları olan xəstələrdən də danışıb. O qeyd edib ki, bundan əlavə, posttravmatik stress pozuntularını yaşayan xəstələrın sayı da az deyil. Mərkəz rəhbərinin sözlərinbə görə, bu xəstəlikləri ən kəskin şəkildə keçirənlər COVID-19 yoluxmuş insanlar və yaxınlarıdır.

65 və yuxarı yaş qrupuna gəlincə isə F. İsmayılov deyib ki, onlarda da depressiya və tənhalıq hissi müşahidə olunub, çünki ciddi karantin rejimində özünü təcrid olunmuş hesab edib və yaxınları ilə görüşə bilməyib. Psixoloji sarsıntı keçirmiş ən böyük qrup isə həkimlər və tibb personalından ibarətdir. Çünki səhiyyə işçiləri streslərə daha az davamlıdır.

F. İsmayılov bildirib ki, Psixi Sağlamlıq Mərkəzində əhaliyə bütün pozuntularla bağlı ixtisaslaşmış ambulator müalicə: diaqnostik, psixiatrik, psixoloji və psixososial yardım göstərilir. Mərkəzin rəhbəri bu xidmətləri göstərmək üçün tibb müasissəsində 4 müxtəlif profil üzrə iş aparan şöbələr fəaliyyət göstərdiyi haqda danışıb: "Belə ki, Müalicə Konsultativ Şöbəsinin əsas funksiyası psixi xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikasından ibarətdir. Bura həm üzvi mənşəli pozuntular, həm şizofreniya, həm şəxsiyyət pozuntuları ilə əlaqədar müraciətlər olunur. Təcili Psixoloji Yardım Şöbəsinə psixoloji problemlər, kəskin stress reaksiyaları, depressiyalar, posttravmatik stress pozuntuları (PTSP), təşviş pozuntuları, obsessiv-kompulsiv pozuntuları olan insanlar müraciət edir".

Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Psixososial Reabilitasiya Şöbəsin əsas iş profili psixi xəstəliklərdən əziyyət çəkən insanlara cəmiyyətdə sərbəst şəkildə fəaliyyət göstərməyə yardım etməkdən ibarətdir: "Azərbaycanda ilk dəfə tətbiq edilən psixososial reabilitasiya prosesinin ən vacib məqamlardan biri də terapiyaların 3 dildə keçirilməsidir: Azərbaycan, Rus və İngilis. Psixi Sağlamlıq Mərkəzinin Gündüz Stasionarı Şöbəsinin əsas iş istiqaməti gecə-gündüz müşahidəyə və müalicəyə ehtiyacı olmayan, lakin gündüz stasionar şəraitə yaxın müalicə-diaqnostika köməyinə ehtiyacı olan psixi pozuntulu şəxslərə yardım etməyə yönəldilib.

Mərkəzdə xüsusi qaynar xətt xidməti fəaliyyət göstərir. “İnam Telefonu” (012 566 50 61, 012 566 39 36) adlandırılan bu xidmət növü insanların həyatlarında çətinliklərə qalib gəlmək üçün ödənişsiz psixoloji yardım alması üçün yaradılıb. Hər gün bu qaynar xəttə çoxlu sayda zənglər daxil olur və mütəxəssislər tərəfindən qəbul olunur. Müraciət etmiş insanlara psixoloji yardım göstərilir, onlara baş verənlərə başqa prizmadan baxmaq üçün yollar göstərilir və ümumi psixiloji dəstək təqdim olunur”.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Yarımqoşquda külli miqdarda qanunsuz dərman preparatları aşkar edildi







Bakı-Quba yolunda 68 yaşlı kişinin ölümü ilə bağlı iş Baş Prokurorluğun nəzarətinə verildi







Goranboyda yük avtomobili yanıb







Bakıda bərbərxana yanıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.