07 Apr 2021
11:48
![]() |
07
Apr 11:48
![]() COVID-19 yayan xəstə saxlanıldı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir. Belə ki, aprelin 6-da polis əməkdaşları tərəfindən respublika ərazisində 7 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Lakin onlardan biri Gəncə şəhər sakini R.Sadıqov qaydalara əməl etməyərək şəhərdə əhali arasında vaxt keçirməklə məşğul olmuşdur. Beləliklə o, həm özünü həmdə ətrafındakı sakinləri təhlükəyə atmışdır.Buna görə də, onun barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bakıda aptekdən və evlərdən oğurluq edən şəxslər saxlanılıblar - VIDEO
Mingəçevirdə qadını çəkiclə vurub öldürən şəxsin istintaqı başa çatıb
Baku Steel Company-də baş verən qəza ilə bağlı açıqlama
18 yaşlı qız su kanalında batdı
|