Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Iyun
2019
17:30
600

20
Iyun
17:30




Cahangir Əsgərov “Paris Air Show 2019” aviasalonunun işində iştirak edib

AZAL Prezidenti Cahangir Əsgərov Le Burjedə “Paris Air Show 2019” beynəlxalq aviasiya-kosmik salonunun işində iştirak edib, orada bir sıra mühüm danışıqlar aparıb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Xeberoxu.az-a verilən məlumata görə, “Paris Air Show” kosmik salonu aviasiya və kosmonavtika sahəsində dünya istehsalçılarının müasir məhsullarını nümayiş etdirən ən mühüm və nüfuzlu beynəlxalq sərgilərdən biri və dünyanın ən yaşlı aviasalonudur.

Cahangir Əsgərovun “Boeing Commercial Airplanes”-in prezidenti və baş icraçı direktoru Kevin Makalisterlə görüşündə “Boeing” və AZAL arasında tərəfdaşlıq və dostluq münasibətləri yüksək qiymətləndirilib. Tərəflər "Azərbaycan Hava Yolları"na və “Silk Way” aviaşirkətinə yeni geniş füzelyajlı təyyarələrin tədarükünə dair əldə olunmuş razılaşmalara sadiqliyini təsdiqləyiblər.

AZAL prezidenti Azərbaycanın Fransadakı Fövqəladə və Səlahiyyətli Səfiri Rəhman Mustafayev ilə birgə “Azərbaycan Hava Yolları”nın möhkəm tərəfdaşlıq münasibətlərinə malik olduğu “Thales Group” şirkətinin baş vitse-prezidenti Erve Dammann ilə məhsuldar danışıqlar keçirib. Tərəflər Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) açılmasından məmnunluq ifadə ediblər. Azərbaycanda “Thales” şirkətinin məhsullarının istehsalı üzrə birgə müəssisənin yaradılması barədə fikir mübadiləsi aparılıb.

Həmçinin, Cahangir Əsgərov “L3 Commercial Aviation Solutions” şirkətinin prezidenti Alan Koruford ilə danışıqlar aparıb. Danışıqlar zamanı tərəflər müxtəlif tipli təyyarələr üçün yeni trenajor komplekslərinin tədürükü məsələsini müzakirə ediblər. Bundan əlavə, “L3 Technologies” şirkəti “Azərbaycan Hava Yolları” aviaşirkətinə personalın hazırlığı, uçuş imitasiya kompleksləri, habelə kombinə edilmiş nəzəri və interaktiv tədris proqramları sahəsində ən müasir texnologiyaları təqdim edə bilər.

“Paris Air Show 2019” sərgisi çərçivəsində keçirilən əlamətdar tədbirlərdən biri dünyanın ən yaxşı aviaşirkətlərinin mükafatlandırılması mərasimi - “World Airline Awards” olub. Aviaşirkətlər və hava limanlarının xidmət keyfiyyətinin qiymətləndirilməsi üzrə aparıcı agentlik “Skytrax” ardıcıl olaraq ikinci il “Azərbaycan Hava Yolları”nı Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkət elan edib.

“Bu mükafatın təkrar alınması uçuşlarımızda sərnişinlərə təklif edilən xidmətlərin yüksək keyfiyyətinin ən yaxşı sübutudur. “Skytrax World Airline Awards” mükafatları mülki aviasiyada fərqlənmə nişanı hesab edilir. Mən AZAL-ın bütün sərnişinlərinə bizə göstərdiyi etimada, aviaşirkətin bütün əməkdaşlarına isə yüksək xidmət keyfiyyətini təmin etdiyinə görə minnətdarlığımı bildirmək istəyirəm", - AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.

“Təyyarə göyərtəsində və hava limanı obyektlərində xidmət standartlarının təkmilləşməsi ilə, “Azərbaycan Hava Yolları”nın sərnişinləri aviaşirkətin keyfiyyət artımını müşahidə etməyə davam edirlər. Müştərilər tərəfindən yüksək qiymətləndirilmək “Azərbaycan Hava Yolları”nın aparıcı heyətinə böyük etimadı göstərir” - “Skytrax”ın Baş Direktoru Edvard Pleysted qeyd etmişdir.

Xatırladaq ki, “Skytrax”ın son auditinin nəticələrinə görə, AZAL həmçinin nüfuzlu 4 ulduzlu aviaşirkət statusunu təsdiqləmişdir.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” yaxın gələcəkdə Asiya bazarında öz fəaliyyətini əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırır. İyunun 25-dən etibarən Bakıdan Hindistanın paytaxtı - Dehli şəhərinə birbaşa aviareys açılacaq. Həmçinin digər ölkələrə də yeni istiqamətlər açılacaq.

“Skytrax” auditləri göstərilən xidmətlərin keyfiyyəti və işçi heyətinin iş standartlarını əhatə edən 800-dən çox meyarı əhatə edir. Bütövlükdə, aviaşirkətin saytı, saytda məlumatın təqdim olunması, aviabiletlərin onlayn bronlaşdırılmasının rahatlığı və digər xidmətlər kimi sərnişinlər üçün mühüm olan aviaşirkətin məhsul komponentləri qiymətləndirilib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıdakı məşhur dönərxana bağlandı







İsmayıllıda “Kartof festivalı”na gələnlər ZƏHƏRLƏNDİLƏR







Azərbaycanda küçədə vəhşilik - İti belə güllələdilər – VİDEO







Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdü


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az