Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



16 Okt
2020
12:46
8160
16
Okt
12:46



Cəbrayılda arxeoloji abidəyə dəyən ziyanın miqyası ölçüləcək

İşğal dövründə Cəbrayıl rayonunun peyk görüntüləri ermənilərin bu ərazidə qeyri-qanuni təsərrüfat işləri ilə məşğul olduqlarını aydın şəkildə izləməyə imkan verirdi. Güman etmək olar ki, bu təsərrüfat işləri zamanı bir çox arxeoloji abidəyə ziyan dəyib.

XeberOxu.Az-ın məlumatına görə, bunu AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova deyib.

Onun sözlərinə görə, 28 ildən sonra işğaldan azad olunan doğma Cəbrayılımızda gələcəkdə aparacıqları tədqiqatlar bu ziyanın miqyasını ölçməyə imkan verəcək.

M.Rəhimova əlavə edib ki, işğal edilmiş ərazilərdə mədəni və tarixi abidələrin məhv edilməsi, hər hansı arxeoloji qazıntının aparılması beynəlxalq hüquq və qəbul edilmiş konvensiyalarla ziddiyyət təşkil etsə də, ermənilər Azərbaycanın ən qədim abidəsi hesab edilən və dünyada ən qədim yaşayış yerlərindən biri kimi qəbul edilən Azıx mağarasında qanunsuz arxeoloji qazıntı işləri də aparıblar. Bu tədqiqat işləri tanınmamış qondarma "Dağlıq Qarabağ Respublikası"nın himayəsi altında aparılıb:

"2001-2010-cu illərdə aparılan tədqiqat işlərinin nəticəsi olaraq 2010-cu ildə Azıx mağarası haqqında məqalələr toplusu nəşr edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun altı cildlik "Azərbaycan Arxeologiyası" nəşrinin I cildində qeyd edilir ki, “Azərbaycan alimlərinin Azıx paleolit düşərgəsində apardıqları uzunmüddətli arxeoloji qazıntılar nəticəsində oradakı mədəni təbəqələrin 80%-i tədqiq olunmuşdur”. Ona görə də hazırda orada nəinki qazıntı, eyni zamanda kəşfiyyat işləri aparmaq bəşəriyyətə qarşı ən böyük cinayət kimi qiymətləndirilməlidir. Bəlkə 100 ildən sonra yeni elmi tədqiqat metodu meydana çıxa bilər, onda Azıx düşərgəsinin çöküntülərindən nümunə götürüb tədqiqata cəlb etmək mümkün olacaq. Beləliklə, Azıx ərazisində qazıntı işlərini aparmaqla ermənilər və onlara qoşulmuş bəzi əcnəbi tədqiqatçılar sivilizasiyaya qarşı ən böyük təxribat və cinayət törədiblər".

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Terrorla Azərbaycan xalqını haqq yolundan döndərmək mümkün deyil - Əli Əhmədov







Deputatlar Gürcüstanda parlament seçkilərini müşahidə edəcəklər







Yapon xalqı Azərbaycanın mövqeyindən xəbərdardır - Səfir







Tərtərə gedirik, atırlarsa atsınlar - Hikmət Hacıyev


Digər Mədəniyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.