Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Iyul
2019
22:09
648



Cəlilabadda odlu silah aşkarlanıb -FOTO

Cəlilabadda odlu silah aşkarlanıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan XeberOxu.az-a verilən məlumata görə, Cəlilabad şəhər sakini Ş.Mahmudov DİN-in 102 xidməti-zəng mərkəzinə müraciət edərək Elçin adlı şəxs tərəfindən ölümlə hədələndiyini, həmin şəxsin oğlu tərəfindən isə ona xəsarət yetirildiyini bildirib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Cəlilabad şəhər sakini əvvəllər məhkum olunmuş Elçin Muradov, oğlu Nicat Muradlı və qaynı Çingiz Rüstəmov aralarında xeyli vaxt əvvəldən olan ədavətlə bağlı bıçaq və yumruq zərbələri ilə Ş.Mahmudova xəsarət yetiriblər. E.Muradov və oğlu N.Muradlı Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Bundan əlavə şübhəli şəxs qismində saxlanılan E.Muradovun yaşadığı evdə odlu silah saxlaması ilə bağlı məlumat daxil olduğundan həmin evə baxış keçirilib və dolabın içərisindən bir ədəd "Makarov" markalı tapança, həmin tapançaya aid bir ədəd sandıqça və beş ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Mətanət İsgəndərli Türkiyədə ərdə olan qızı ilə







FHN əməkdaşları mənzildə meyit tapıblar







Lalə Azərtaş bu dəfə İspaniyada







Azərbaycanda ginekoloq hamilə qadınlarla rəqs etdi - Video


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az