14 Fev
2020
10:30
472

14
Fev
10:30



Ceyhun Bayramov: Gənclərin elmi fəaliyyətə istiqamətləndirilməsi əsas prioritetlərdəndir

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinin bağlanış və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Xeberoxu.az-ın məlumatına görə, mərasimdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib ki, elmi-innovativ təşəbbüslərin ön plana çəkilməsi, gənclərin elmi fəaliyyətə istiqamətləndirilməsi elmin və təhsilin qarşısında duran əsas prioritetlərdən biridir. Qeyd edilən çağırışlara uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən bir sıra uğurlu təşəbbüslər artıq həyata keçirilməkdədir.

Nazir qeyd edib ki, son illərdə ali təhsil müəssisələrində qlobal çağırışlara adekvat innovativ elmi strategiyaların həyata keçirilməsi istiqamətində təşəbbüslər də artırılıb, yeni elmi istiqamətlər üzrə tədqiqatlara başlanılıb: "Bu günə olan məlumata əsasən, “Web of Science” elmi bazasında 2019-cu ildə Azərbaycan üzrə 1581 elmi tədqiqat işi qeydə alınıb. Onların da təxminən 53 faizi ali təhsil müəssisələrinin payına düşür".

C.Bayramov bildirib ki, sayca doqquzuncu dəfə keçirilən “Sabahın alimləri” müsabiqəsi ölkəmizdə həyata keçirilən uğurlu təhsil strategiyasının tərkib hissəsi kimi gənclərimizin innovativ və yaradıcı fəaliyyətinin təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır.

Daha sonra müsabiqənin qalibləri mükafatlandırılıb. Müxtəlif kateqoriyalar üzrə I yerə 6 layihə üzrə 11 şagird, II yerə 16 layihə üzrə 29 şagird, III yerə 25 layihə üzrə 46 şagird layiq görülüb. Qaliblər sırasından cari ilin may ayında ABŞ-da keçiriləcək İSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmək üçün 4 layihə (7 şagird) seçilib. Həmin şagirdlər BP-nin maliyyə dəstəyi ilə ABŞ-a göndəriləcək. Bundan əlavə, hər il olduğu kimi bu ildə ABŞ-ın müxtəlif elmi cəmiyyətləri tərəfindən şagirdlərimizə 10 mükafat təqdim edilib.

Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və BP-nin təşkilatçılığı keçirilib.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.