Haqqımızda Reklam Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








06 Dek
2018
20:13
144



Ceyhun Hacıbəylinin varisləri Bakı məktəblərində olub

Görkəmli ictimasi-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Ceyhun Hacıbəylinin Bakıda səfərdə olan varisləri bu gün bir neçə ali məktəbdə görüş keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən XeberOxu.Az-a verilən məlumata görə, Ceyhun Hacıbəylinin gəlini və nəvəsi, eyni zamanda, dahi bəstəkar Üzeyir Hacıbəyli nəslinin davamçıları sayılan Paskal Hacıbəyli Buşe və Benjamin Hacıbəyli bu gün bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasını ziyarət ediblər. Burada qonaqları Akademiyanın binası ilə tanış edən prorektor Nərminə Quliyeva onlara təhsil ocağı haqqında geniş məlumat verib.

Daha sonra qonaqlar ADA Universitetində olublar. Universitetin rektoru Hafiz Paşayevlə keçirilən görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da iştirak edib. Görüşdə Azərbaycan Xalq Cümhuriyyəti, onun qurucuları ilə bağlı müzakirələr aparılıb. Cümhuriyyətin elan edilməsində böyük xidmətlər göstərmiş Ceyhun Hacıbəylinin Azərbaycanın tarixində oynadığı misilsiz rolu vurğulanıb.

Paskal Hacıbəyli Buşe və Benjamin Hacıbəyli görüşlərdən sonra İçərişəhərdə Azərbaycanın tarixi və mədəni abidlərini ziyarət ediblər, daha sonra Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert proqramına qatılıblar.

Qeyd edək, Ceyhun Hacıbəylinin varisləri Diasporla İş üzrə Dövlət Komitəsinin Cümhuriyyətin 100 illiyi ilə bağlı həyata keçirdiyi tədbirlər çərçivəsində Azərbaycanda səfərdədir.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər Cəmiyyət xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]