# EVDƏQAL
# EVDƏQAL



22 May
2020
18:50
1667

22
May
18:50



Ceyranbatan su anbarı yenidən qurulur

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun içməli su təchizatında böyük payı olan Ceyranbatan Sutəmizləyici Qurğularında əsaslı bərpa və yenidənqurma işləri aparılır.

Qurumdan XeberOxu.Az-a verilən məlumata görə, 1960-80-ci illərdə mərhələlərlə inşa edilmiş Ceyranbatan Sutəmizləyici Qurğularının təmiz su anbarları uzun illər istismar olunub. Son dövrlərdə anbarların istismar tələblərinə cavab verməməsi lazımi həcmdə su ehtiyatlarının toplanmasında və istehlakçıların artan tələbatının ödənilməsində çətinliklər yaradırdı. Bütün bunlar nəzərə alınaraq, Ceyranbatan Sutəmizləyici Qurğularında emal olunan suların toplandığı anbarlarda əsaslı yenidənqurma işləri həyata keçirilir.

Layihəyə əsasən, hər birinin tutumu 2100 kubmetr olan 5 su anbarının yenidən qurulması, yeni siyirtmə kameralarının inşası, daha məhsuldar nasos stansiyalarının quraşdırılması nəzərdə tutulur. Artıq 3 anbarda işlər yekunlaşıb, digər 2 anbarda isə davam etdirilir. Görülmüş işlər çərçivəsində həmin anbarların özül və divarları dəmir-beton konstruksiyalarla möhkəmləndirilib, korroziyaya uğramış hissələr sökülərək beton örtüklə izolyasiya edilib. Anbarların yararsız hala düşmüş üst plitələri tamamilə sökülərək dəyişdirilib. Təmir-bərpa işləri çərçivəsində anbarların giriş-çıxış xətləri yenilənib, 14 ədəd siyirtmə yenisi ilə əvəz olunub, 5 ədəd siyirtmə kamerası inşa edilib. Suyun optimal paylanması məqsədilə qaldırıcı nasos stansiyasında 2 ədəd nasosun quraşdırılması başa çatdırılıb. Nasos stansiyalarının enerji təchizatı məqsədilə 6 kilovoltluq transformator stansiyası da inşa edilib. Yeni nasosların quraşdırılması suyun+ 105 Saray anbarına qaldırılaraq buradan özüaxımlı rejimdə paylanmasına imkan verəcək.

Ümumilikdə, layihə çərçivəsində indiyədək 240 kubmetr beton, 2700 kubmetr torpaq işləri görülüb. Yenidən qurulan və bərpa olunan anbarların ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılacaq. Bərpa və yenidənqurma işləri yekunlaşdıqdan sonra bu mənbədən qidalanan ərazilərdə yaşayan əhalinin içməli su təchizatında dayanıqlılıq təmin olunacaq, xüsusən yay aylarında artan tələbatın ödənilməsinə əlavə imkan yaranacaq.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Paytaxtda həyat yoldaşını liftdə öldürən kişi saxlanılıb







Bakıda “Hyundai” 61 yaşlı piyadanı vurdu







Sumqayıtda intihara cəhdin qarşısı alınıb







Mağazadan oğurluq edən Bakı sakini saxlanılıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.