26 Iyun
2020
02:19
5727

26
Iyun
02:19



Citroen yeni premium sedan hazırlamaq istəyir

Citroen şirkətinin "böyük alman üçülü" ilə layiqli şəkildə rəqabət aparmaq üçün yeni flaqman modelinə ehtiyacı vardır. Əvvəllər fransızlar bu məqsəd üçün C6 modelindən istifadə etsələr də, fransız modeli almanlara layiqli rəqib ola bilməmişdi. İndi isə, Citroen yenidən mübarizəyə qalxmağa hazırlaşır.

İlkin məlumata görə, fransızlar almanlara əlyəci Çin bazarında atmaq niyyətindədirlər. Sonradan model dünya bazarlarında peyda olmalıdır. Yeni flaqmanın təqdimatının 2021-ci ilin sonunda baş tutacağı bildirilir.

XeberOxu.Az autograph.az-a istinadən bildirir ki, yeni Citroen bayraqdarı haqqında az şey məlumdur. Yeganə məlum olan, flaqman modelinin EMP2 platformasını Peugeot 508 və DS 9 modelləri ilə bölüşəcəyidir. Yeni flaqmanın ölçüləri birinci nəsil C6 sedanına yaxın olmalıdır. Yeni modelin yaradılması zamanı 2016-cı ilin Cxperience konseptində əksini tapmış üslubdan istifadə ediləcəkdir.

Autocar nəşrinə müsahibə verən Citroen şirkətinin direktoru Vinsent Kobe, yeni biznes sedanının daxili yanma mühərrikləri ilə debüt edəcəyini, lakin gələcəkdə onun tam elektrik versiyasına sahib olacağını da vurğulayıb.

Flaqman sedanının tərkibinə 1.6-litrlik turbomühərrik, 11,9 kilovat-saatlıq dartma batareyası və ön oxda quraşdırılan elektromotor daxil olan təkrar doldurulan hibrid güc qurğusu ilə təchiz ediləcəyi ehtimal olunur. Hibrid qurğunun ümumi gücü 225 at qüvvəsi təşkil edir, elektrik ötürməsi ilə yürüş məsafəsi təxminən 60 kilometrdir.

Bununla birlikdə, fransız şirkətinin dizaynerlərinin qürur mənbəyi "sehrli uçan xalça effektini" verən Proqressive Hydravlic Cushion asqı sistemi olacaqdır. Avtomobilin əsas xüsusiyyətləri hərəkətin rəvanlığına və rahatlığına doğru yönəldiləcəkdir. Citroen şirkətinin patronu, flaqmanın salon tərtibatının keyfiyyətinə görə Audi və BMW markalarının biznes sedanları ilə rəqabət apara biləcəyini iddia edir.

Vinsent Kobe hesab edir ki, yeni sedanın salonu "Citroen şirkətinin imkanlarının ən yüksək səviyyədə nümayişi" olacaqdır. Bununla birlikdə, Kobe dizaynerlərin qarşısında çətin məsələnin durduğunu da etiraf edib. Onlar avtomobili həm çinli müştərilərin, həm də dünya bazarındakı alıcıların zövqünə uyğun yaratmalıdırlar.

Citroen markasının ən bahalı modeli olacaq yeni flaqmanın debütünü bir il yarımdan tez gözləmək sadəlöhvlük olardı. Lakin, bir çox istehsalçıların sedanları ixtisara salıb krossoverlərə üstünlük verdiyi bir zamanda, belə avtomobilin hazırlanması qeyri-adi təsir bağışlayır.


Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qusarda karantin qaydalarını pozan 10 sürücü cərimə olundu







Şəxsi avtomobillərdən hansı halda və necə istifadə edilə bilər?







Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlanıb, 56 nəfər cərimələnib







Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır


Digər Avto-Moto xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.