XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ



15 Avq
2021
04:30
7759
15
Avq
04:30



DDoS hücumlar reallaşdıran ən güclü botnet aşkar edilib

DDoS hücumlar reallaşdıran yeni güclü botnet aşkar edilib. Aşkar edilmiş botnet internet tarixinin ən güclü botnetidir. StormWall şirkətinin mütəxəssisləri qeyd ediblər ki, sözügedən botnetin hücumlarının maksimal gücü saniyədə 2 Tbit təşkil edir. Bu isə mövcud olan bütün botnet hücumları arasında rekord göstəricidir. Aşkar edilmiş yeni botnet 49.000 ədəd cihazdan ibarətdir. Bu cihazlar yalnız serverlərdən ibarətdir. Onların arasında kompüterlər və mobil cihazlar yoxdur. Bu botnet tərəfindən reallaşdırılan hücumlar standart xarakter daşıyırlar və əsasən oyun sektoruna yönəliblər.

Aşkar edilmiş botnet UDP, TCP və HTTP protokolları üzrə hücumlar reallaşdırmağı bacarır. StormWall şirkətinin mütəxəssislərinin sözlərinə əsasən hackerlər sözügedən botnetdən artıq 1 aydır ki, istifadə edirlər və mütəxəssislər hər gün Rusiyadan olan şirkətlərə qarşı güclü hücumlar təyin edirlər. Botnet ispan mənşəyinə sahibdir və onu 2 günlük istifadə üçün internetdən 2500$-a almaq mümkündür. Bu yeni botnet əvvəlki botnetlərdən daha təhlükəlidir.

Belə ki, bu cür botnet tərəfindən təşkil edilmiş DDoS hücum təkcə istifadəçini deyil həmçinin onun provayderlər zəncirini də əhatə edir. Bu isə öz növbəsində eyni anda 100 minlərlə istifadəçidə internetə çıxış problemini yarada bilər. Reallaşdırılan hücumun böyük gücdə olması səbəbilə ondan qorunmaq üçün külli miqdarda vəsait xərcləmək lazımdır. Bu cür hücumların öhdəsindən yalnız DDoS-dan qorunma üzrə bulud servislər gələ bilərlər. Əks halda fərdi təhlükəsizlik sistemlərindən söhbət belə gedə bilməz.

Xeberoxu.az

 



ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar








Biləsuvarda “patı” əməliyyatında 7 nəfər saxlanılıb - VİDEO








Zeynəb Xanlarovanın bacısı oğlunun məhkəməsindən əvvəl təqsirləndirilən şəxsin səhhəti pisləşib








Sumqayıtda əməliyyat keçirilib, “Doktor Vüqar” və daha iki nəfər saxlanılıb








Kəlbəcər rayonuna icazəsiz keçmək istəyən şəxslər saxlanılıb



Digər Maraqlı xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə


[email protected]





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.