# EVDƏQAL
# EVDƏQAL



22 May
2020
20:30
1450

22
May
20:30



DGK "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsin

Dövlət Gömrük Komitəsi (DGK) "Könüllü gömrükçü"ləri elə istiqamətləndirib ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsinlər.

XeberOxu.Az-ın məlumatına görə,  Bunu Trend-ə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, "Könüllü gömrükçü" dəstəsinin rəhbəri Vüqar Əliyev bildirib.

Onun sözlərinə görə, komitənin könüllüləri pandemiya və karantin rejimi dövründə yerli əhaliyə, əsasən da yaşlı nəslin nümayəndələrinə yardım ediblər:

"Bilirsiniz ki, mayın 18-nə kimi ölkədə karantin rejiminin qaydalarına uyğun olaraq yaşı 65-dən yuxarı olan şəxslərin çölə çıxması qadağan idi. "Könüllü gömrükçü" dəstəsi həmin şəxslərə ərzaq yardımının çatdırılması, dərmanların və pensiyaların alınıb onlara verilməsi və digər yardımlarda çox aktiv iştirak göstəriblər. Könüllülər vasitəsi ilə biz 250 nəfər yaşlı nəslin nümayəndəsinə yardım etmişik. Eyni zamanda, 9 may münasibəti ilə Böyük Vətən Müharibəsində iştirak edən şəxslərə baş çəkmişik. Bundan əlavə olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən siyahı alaraq, əlilliyi olan şəxsləri ziyarət edib, onların ehtiyaclarını qarşılamışıq".

V.Əliyev əlavə edib ki, növbəti ayda "Könüllü gömrükçü" dəstəsinin bir yaşı tamam olacaq və bu zaman ərzində burada 700 gənc könüllülük fəaliyyəti ilə məşğul olub:

“Hazırda bizim 265 könüllümüz var və bunlar bir çox ali təhsil müəssisələrin tələbələridir. DGK bu könüllülərin istiqamətini elə qurub ki, gənclər öz ixtisasına uyğun fəaliyyət göstərə bilsinlər. Misal üçün, hüquqşunaslığı oxuyan tələbələr olarsa, biz onları Əməliyyat və İstintaq Baş İdarəsinə yönləndiririk. Tibb təhsili alanları Tibb Xidməti İdarəsinə yönləndiririk. Ona görə ki, onlar həm peşə biliklərini artırsınlar, həm də nəzəri biliklərini praktikada tətbiq edə bilsinlər. Bu kimi digər istiqamətlər də var ki, biz gənc könüllülərimizi oraya yönləndiririk”.

O vurğulayıb ki, dövlət başçısı hər zaman gənclərlə görüşür, onlara tövsiyə və tapşırıqlarını verir.

"Prezident İlham Əliyevin tapşırıq və göstərişlərindən irəli gələrək, komitə artıq bölgələrdəki strukturlarında da könüllülərin cəlb edilməsinə, onların potensialının üzə çıxarmasına başlayıb və yaxın müddətdə onların ümumi sayını minə çatdırmaq niyyətindədir", - deyə o əlavə edib:

“Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) yaradılıb. Bu gün 18 təşkilat toplanaraq belə bir mərkəz yaradıb və həmin mərkəzin bir çox aksiyaları olub. “Böyüklərimizi qoruyaq!”, “Könüllü Qonşu”, “Könüllü Donor” və hal-hazırda davam edən “Bir-birimizi qoruyaq” aksiyalarında "Könüllü gömrükçü" dəstəsi də çox aktiv iştirak edir.

DGK-nin könüllüləri Heydər Əliyev Fondu tərəfindən başlanılan “Könüllü Donor” aksiyasında da fəallıq göstəriblər. Ölkədə qan qıtlığı səbəbindən talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən, təcili əməliyyata və bununla əlaqədar qana ehtiyacı olan şəxslərin həyatı üçün yaranan təhlükənin aradan qaldırılmasında könüllülərin də iştirakı olub".

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Paytaxtda həyat yoldaşını liftdə öldürən kişi saxlanılıb







Bakıda “Hyundai” 61 yaşlı piyadanı vurdu







Sumqayıtda intihara cəhdin qarşısı alınıb







Mağazadan oğurluq edən Bakı sakini saxlanılıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.