Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



10 Okt
2019
10:53
192

10
Okt
10:53



DOST mərkəzinə 40 mininci vətəndaş müraciəti qeydə alınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin 1 saylı DOST mərkəzi 40 mininci vətəndaşı qəbul edib.

Nazirlikdən XeberOxu.Az-a verilən məlumata görə, Bakının Yasamal rayon sakini Rasim Nəbiyev mərkəzə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar müraciət edib. O, DOST mərkəzinin fəaliyyətə başladığının beşinci ayının tamamında mərkəzin xidmət göstərdiyi 40 mininci vətəndaş kimi qeydə alınıb.

1 saylı DOST mərkəzinin direktoru Seymur Alıyev vətəndaşa təşəkkürnamə və simvolik hədiyyələr təqdim edib. Direktor DOST mərkəzinin xidmətlərindən istifadə etdiyi üçün paytaxt sakininə təşəkkürünü bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Rasim Nəbiyev burada göstərilən xidmətin şəffaf, operativ və yüksək səviyyədə olduğunu qeyd edib: “Mən dəfələrlə DOST mərkəzinə üz tutub onun xidmətlərindən istifadə etmişəm. Hər dəfə burada xidmətin yüksək səviyyəsindən və şəffaflığından, operativliyindən, əməkdaşların səmimiyyətindən, müraciət edənlərə nəzakətli münasibətindən çox razı qalmışam. Doğrudan da mərkəzdə hər şey vətəndaş məmnunluğuna xidmət edir”.

R.Nəbiyev cari ildə ölkədə aparılan uğurlu sosial islahatlara, xüsusilə də pensiya və əməkhaqlarının əhəmiyyətli dərəcədə artırıldığına, dövlət sosial xidmətlərinin keyfiyyətinin yüksəldildiyinə və vətəndaşlar üçün rahat xidmət şəraiti yaradıldığına görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!







Bakıda gənc oğlanı avtomobil vurub







Təhsil nazirindən yeni - TƏYİNAT







Ermənistan hökuməti faşist əlaltısı Njdeni böyük sərkərdə və milli qəhrəman səviyyəsinə qaldırıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az