29 Iyun
2020
12:46
10004

29
Iyun
12:46



Daha 2 yeni metro qatarı xəttə buraxıldı-YENİLƏNİB

Bu ayın əvvəlində Rusiyadan gətirilərək Bakı metropoliteninin vaqon parkına əlavə edilmiş daha 4 yeni qatardan ikisi artıq xətdədir.

XeberOxu.Az-ın məlumatına görə,bunu açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov dryib.

Onun sözlərinə görə, ötən müddət ərzində 81-765.B/766.B seriyalı yeni ən son nəsil vaqonların “Nərimanov” elektrik deposunda sazlanması və sınaqları üzrə işlər tamamlanaraq, istehsalçı "Transmaşholdinq" Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan "Metrovaqonmaş” müəssisəsinin müvafiq razılığı alınaraq, aktlaşdırılıb və “Bakı Metropoliteni” QSC sədrinin əmri ilə xəttə buraxılıb: "Bununla hazırda metropoliten xətlərində hərəkət edən ən müasir tipli vaqonlardan ibarət qatarların sayı 13-ə çatdırılıb.

Digər iki qatarda sazlama işləri tamamlanmaq üzrədir. Yaxın günlərdə müvafiq sınaq və tənzimlənmə tədbirlərindən sonra hər iki qatarın xəttə verilməsi gözlənilir.

Ümumiyyətlə, Bakı metropoliteninin lokomotiv təsərrüfatında vaqon parkının yeniləşməsi 2015-ci ildən başlayıb. 2019-cu ilin oktyabrında "Transmaşholdinq"lə bağlanmış müqaviləyə uyğun olaraq “Metrovaqonmaş” Bakı metrosunu növbəti iki il ərzində də, hər il 20 vaqon olmaqla, ümumilikdə, 8 qatar tərkibini formalaşdıran 40 vaqon istehsal edəcək".

Qurum rəsmisi bildirib ki, qatarların maksimal sürəti 90 km/saat, mühərriklərinin gücü 170 kilovattdır: "Baş vaqonun çəkisi 38, orta vaqonun isə 36 tondur. Baş vaqon 38, orta vaqon 44 oturacaqlıdır. Həmçinin baş vaqonda 315, orta vaqonlarda isə 329 sərnişin mənzil başına rahat çatdırılır.

Bu xüsusda onu da qeyd edək ki, qatarların vaqonlararası birbaşa keçid konstruksiyalı olması salonu 15 faiz genişləndirməklə daha çox sərnişin daşımağa imkan verir. Eyni zamanda sərnişinlərin qatar boyunca bərabər paylanması sərnişinlərin rahatlığını və təhlükəsizliyini artırır.

Qapıların əvvəlki nəsil vaqonlardakından daha enli olması sərnişinlərin minib düşmə intensivliyinə də xüsusi təsir edir. Vaqonlarda ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar da var. İri yükləri, uşaq arabaları ilə hərəkət edən sərnişinlər üçün sahələr ayrılıb. Vaqonlardakı tutacaqlar da sərnişin sıxlığı nəzərə alınmaqla layihələndirilib. Baş vaqonların maşinist kabinasına yaxın hissəsində əlil arabaları üçün yerlər ayrılıb. Məlumdur ki, 2019-cu ildən Bakı metropolitenində əlil arabaları istifadəçiləri, ümumiyyətlə fiziki imkanları məhdud olan sərnişinlər üçün xüsusi xidmət növü fəaliyyət göstərir. “Əlçatan metro” layihəsi çərçivəsində metropolitenin köhnə nəsil qatarlarında da belə yerlər quraşdırılıb. Lakin 2015-ci ildən başlayaraq alınan vaqonlarda belə yerlər artıq vaqonların istehsal konstruksiyasında nəzərə alınır".
B. Məmmədovun sözlərinə görə, yeni vaqonlar məhz Bakı metropoliteninin texniki tələblərinə uyğun istehsal olunub: "Qatarlar Bakının iqlim şəraitinə hesablanmış kondisioner sistemi avtomatik tənzimlənən mikroiqlim nəzarəti sistemi ilə təchiz edilib. Bu sistem, eləcə də ultrabənövşəyi lampalar vaqon salonunda havanın zərərsizləşdirilməsi funksiyasını da yerinə yetirir. Həmçinin tambursuz konstruksiya istilik izolyasiyasının effektini artırmaqla, havanın salonlarda bərabər paylanmasına xidmət edir.

Texniki tələblər sırasında paytaxtın yeraltı yollarının ağır hidrogeoloji şəraiti, eləcə də Bakı metropoliteninin mürəkkəb xüsusiyyətlərini nəzərə alan konstruktiv dəyişikliklər edilib. Qatar tərkibinin bütün vaqonları dartı mühərriki ilə təmin olunmaqla yanaşı, burada qəza, sürüşmə, yanğın əleyhinə ən müasir sistemlər qurulub.
Vaqonlarda daxili və xarici videomüşahidə sistemləri də var. Bu, maşinistə qatarı bütünlüklə nəzarətdə saxlamağa, istənilən sahəni idarəetmə pultunun monitorunda daha yaxından müşahidə etməyə, ətrafındakı vəziyyəti qiymətləndirməyə imkan verir.

Sahəsi genişləndirilmiş maşinist kabinası sürücünün sayıqlığına nəzarət edən texniki vasitələr və intellektual dəstək sistemləri ilə təchiz edilib. Qatarda, həmçinin məlumatın yığılması, saxlanması və maşinist monitoruna ötürülməsini nəzərdə tutan özünüdiaqnostika sistemi tətbiq edilib".

X X X

Saat 09.33

Bakı metropoliteni yeni aldığı daha 4 qatarın 2-si xəttə buraxacaq. XeberOxu.Az-a bu barədə  "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, yeni alınan 10 vaqondan ibarət xəttə buraxılacaq qatar tərkibi artıq sınaq yoxlanışından keçirilib: "Sınaqdan keçirilən həmin qatarlar artıq xəttə buraxımlaq üçün yoxlanılıb. Bu gün həmin qatarlar sərnişinlərin istifadəsinə veriləcək.

B. Məmmədov qeyd edib ki, hazırda yeni alınan digər 2 qatar tərkibində sınaq işləri aparılır. Yaxın vaxtlarda həmin 2 qatar tərkibi də xəttə buraxılacaq: "Yeni qatarlar istismar müddətini başa vuran köhnə qatar tərkibini əvəz edəcək. Bu gün artıq istismar müddətini başa vurmuş 2 qatar tərkibi xətdən çıxarılacaq və 2 yeni qatar tərkibi sərnişinlərin istifadəsinə veriləcək".

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ölkədə saxta tibbi maskalar yayılıb







“Virtual məktəb”də şagirdlər üçün məktəbdənkənar dərnəklər keçiriləcək







Nazirlik ağac kəsənlərlə bağlı polisə müraciət etdi







AZAL iyulun 4-də İstanbula əlavə xüsusi reys yerinə yetirəcək -VİDEO


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.