Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



26 Sen
2020
10:48
12760
26
Sen
10:48



Dahi bəstəkar Üzeyir Hacıbəyovun bəstəsinin sədaları Vaşinqton şəhərində

25 sentyabr tarixində Vaşinqton Beynəlxalq Piano İncəsənəti Şurası (Washington International Piano Arts Council - WİPAC) və Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və ABŞ-dakı Səfirliyinin dəstəyi ilə bəstəkar, milli operanın banisi Üzeyir Hacıbəyovun anadan olmasının 135-ci ildönümü münasibətilə tədbir keçirilib.

XeberOxu.Az-ın məlumatına görə, WİPAC-in İdarə heyətinin üzvü və təsisçisi Şato Qardeki tədbiri açıq elan edərək təşkilatçılara və dəstək olanlara təşəkkürünü bildirib. Dahi bəstəkar Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı haqqında məlumat vermiş, eləcə də Azərbaycan Respublikasının Dövlət himnin müəlliflərindən biri olduğunu qeyd edib. Daha sonra çıxış edən Səfirliyin müşaviri Orxan Zeynalov tədbirin ərsəyə gəlməsində zəhməti keçən hər kəsə təşəkkürünü bildirib. O.Zeynalov ABŞ-da Azərbaycanın Qarabağ bölgəsində doğulmuş tanınmış bəstəkar Ü.Hacıbəyova həsr olunmuş belə bir tədbirin keçirilməsinin əhəmiyyətindən, iki ölkə arasında mədəni əlaqələrin inkişafına böyük töhfə verməsindən bəhs etmiş və WİPAC-in rolunu mədəni diplomatiyanın inkişafında xüsusi rolunu vurğulayıb.

Tədbirdə Marina Şinko (soprano) və Frenk Konlonun (pianoçu) ifasında dahi bəstəkar Üzeyir Hacıbəyovun şairimiz Nizami Gəncəvinin şeirinə bəstələnmiş “Sevgili Canan” əsəri və “Koroğlu” operasından Uvertura səsləndirilmişdir. Həmçinin tədbirdə tanınmış dünya bəstəkarlarının ifaları səsləndirilib.

Qeyd edək ki, Vaşinqton Beynəlxalq Piano İncəsənəti Şurası Azərbaycan Dillər Universiteti və Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyi ilə 2017-ci ildən əməkdaşlıq edir. Eyni zamanda 2019-cu ildə Vaşinqton şəhərində WİPAC-in təşkilatçılığı ilə şair İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilmiş və Nəsiminin “Sığmazam” fəlsəfi qəzəlinə amerikalı bəstəkar Andreü Celentanonun musiqi bəstələyib.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Prezident İlham Əliyev: Əgər onlar atəşkəsi pozmasaydılar bu gün toqquşmalar dayanardı, siyasi həllə üstünlük verilmiş olardı







Ceyhun Bayramov ABŞ prezidentinin köməkçisi ilə görüşüb







Birinci vitse-prezident Mehriban Əliyeva: Pandemiyaya qarşı müharibə hələ davam edir







Azərbaycanın Rusiyadakı səfirliyi "Pobeda" aviaşirkətinin azərbaycanlılara qadağasını araşdırır


Digər Mədəniyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.