12 Fev
2020
02:15
2443

12
Fev
02:15



Damarları tıxanan xəstə bu 5 qidadan imtina etdi – NƏTİCƏ

Azərbaycanda ölüm səbəbləri içərisində birinci yerdə 48%-lə ürək-damar, qan dövranı pozulması dayanır. Ürək və beyin qan damarları ilə yaşayır, minlərlə metr damarlarımız tutulubsa, qan normal dövr etmirsə, nəticə ya insulta aparır, ya da infarkta.

XeberOxu.Az medicina.az-a istinadən bildirir ki, Rusiyada qanda yüksək xolesterini olan və damarların keçiriciliyi olan blogerlərdən biri dərman müalicəsindən öncə qidalanmasını dəyişib və bəzi qidalardan tamam imtina edib.

"Mən biləndə ki, xolesterol asta-asta, amma sonra birdən insanı məhv edir və xolesterin yeməyimizdən çox asılıdır, o zaman elə müalicəni də yeməkdən başlamaq qərarına gəldim.

Mənim ürəyim-bədənimin motoru yaxşı işləmirdi. Mən bunun real əlamətlərini görürdüm: yata bilmirdim, çox əsəbi idim, yol gedəndə nəfəs darlığım olurdu.

Hansı qidaları tamam çıxardım. Qeyd edim ki, qidaları 3 ay ərzində tamam çıxarmağa nail oldum. Əvvəlcə azaldırdım və ya başqa bir əvəzləyici qida seçirdim.

1. Bütün növ şirin, şəkərli qənnadı məmulatları

Onların hamısında trans yağ və şəkər var. Tortu, pirojnanı ad günlərində dadardım. Ümumiyyətlə, vafli, peçenye, ponçik, şirin un məmulatlarını həyatımdan sildim. Cəmi 3 aya bunu bacardım və nəticədə mən daha yaxşı yatmağa başladım, beynim sanki aydınlaşdı. Qanda xolesterin analizi verdikdə, kifayət qədər azalmışdı. Bir sözlə, qənnadı məmulatlarını azaltdıqdan sonra özümü normal adam kimi hiss etməyə başladım.

2. Yüngül karbohidratlar və doyuş yağları azaltdım.

Bunlara fast food qidalar, heyvan yağlarında hazırlanmış qızarma toyuq və s. aiddir.

3. Marqarindən uzaq

Söhbət marqarin yağı almaqdan getmir. Siz almırsız, amma onu sizə market, kafe, restoran, küçə yeməklərində yedizdirirlər.

Marqarin yağı tavada isinən kimi trans yağa çevrilir. Bu isə heyvani yağdan da pisdir.
Damarları tutan məhz bu yağdır. Eləcə də bəzi süd məhsulları, kolbasa, sosisdə də olur.

4. Qızarmış yeməklərə əlvida

Qızarmış yemək istərsizsə, kişik manqal və ya qril alıb, odun kömüründə dədə-babalarımız kimi
ətinizi, balığı, tərəvəzi közləmə, kabab bişirəcəksiniz.

5. Duz və şəkər tozu

Bunların təsirindən təzyiqim yüksəlirdi. Yeməyə demək olar, duz əlavə etməyi dayandırdım. Şəkər tozu almadım. Şəkəri və duzu meyvə-tərəvəzləri yeməklə almış olurdum.

Bunlardan imtina etdikdən sonra, qəribə bir şey hiss etməyə başladım: ağzımın dadı qayıtdı. Yediklərimin dadını hiss edirdim və bu mənə bu vaxta kimi yaşamadığım hissləri verdi.

Duz və şəkər damarlarda tromb yaranmasının səbəbidir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda sevgililər özlərini dənizə atdılar - Qız öldü - TƏFƏRRÜAT







Bakıda eve oğurluqa girən qadını iş başında tutuldu -Video (18+)







Sürücü diqqətsizliyi qəzanı qaçılmaz etdi - VİDEO







Bakıda gecə saatlarında qəzaya uğrayan avtomobil yandı (VİDEO)


Digər Maraqlı xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.