Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Avq
2019
04:00
204



Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən “əmlak kalkulyatoru” istifadəyə verilib

Muxtar respublikada qeydiyyatla bağlı daha keyfiyyətli xidmətlərin göstərilməsi və vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən “əmlak kalkulyatoru” istifadəyə verilib.

XeberOxu.az xəbər verir ki,  Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, vətəndaşlara və hüquqi şəxslərə daşınmaz əmlakla bağlı əməliyyatların aparılması zamanı tələb olunan dövlət rüsumu və xidmət haqqını əvvəlcədən onlayn qaydada hesablamaq imkanı yaradılıb.

“Əmlak kalkulyatoru” komitənin internet saytı (www.emlak.nakhchivan.az) vasitəsilə istifadəçilərə təqdim olunur. Müvafiq məlumatların daxil edilməsi ilə daşınmaz əmlak obyektlərinin qeydiyyatı və çıxarışın alınması, texniki sənədlərin hazırlanması, dövlət reyestrindən arayışların verilməsi, əmlakın qabaqcadan qeydiyyatı, yüklülükdən azadetmə, məhv olmuş daşınmaz əmlakın və onun üzərində hüquqların dövlət qeydiyyatının ləğvi, daşınmaz əmlakın sxematik bölgüsünün aparılması və digər xidmətlərə görə tələb olunan ödənişlər elektron qaydada hesablanır və yekun rəqəm təqdim olunur.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Əli Əhmədov: Hansısa şübhəli maraqlar naminə ölkənin firəvanlığını, gələcəyinı qurban verməyə hazır olanlar milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər







Nazir MiQ-29 təyyarəsinin axtarışlarında iştirakına görə Türkiyə tərəfinə təşəkkür edib -FOTO







BQXK nümayəndələri Azərbaycan tərəfinə təslim olan erməni hərbçi ilə görüşüb







Təmas xəttində növbəti monitorinq keçiriləcək


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az