XEBEROXU.AZ
Haqqımızda     Reklam
RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda                           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU   



23 Yan
2021
08:00
914
23
Yan
08:00



Azərbaycan dünyada ilk dəfə tətbiq edilən yeni texnologiya əsasında sürtkü yağları istehsal edir

AMEA Yüksək Texnologiyalar Parkının (YTP) rezidenti tərəfindən dünyada ilk dəfə tətbiq edilən yeni texnologiya əsasında sürtkü yağları istehsal edilir.

YTP-dən verilən məlumata görə, texnoparkın rezidenti olan Təcrübə-Sənaye Zavodunda dünyada ilk dəfə olaraq bu müəssisənin mütəxəssisləri tərəfindən təklif olunmuş yeni texnologiya – sulfatlaşmış heyvani və bitki yağları əsasında hazırlanan Solidol-J, Qrafit və Litol-24 sürtküləri istehsal edilir.

Yüksək keyfiyyətli göstəricilərə uyğun olaraq hazırlanan bu məhsullar təbii yağ turşularının kalsium sabunu ilə hidratlaşdırılmış orta özlüklü neft yağlarının qarışığından əldə olunduğu üçün ekoloji cəhətdən zərərsizdir.

Solidol-J mülayim iqlim qurşağı üçün nəzərdə tutulan aşınmaya davamlı, ümumi məqsədlər üçün istifadə edilən sürtkü yağıdır. Litol-24-ün əvəzləyicisi olan bu yağ kənd təsərrüfatı texnikasının mexanizmlərində, maşınların kobud sürtünmə hissələrində, əl alətlərinin və aksesuarlarının vintli və zəncirli ötürücülərində, eləcə də zəif sürətli ötürücülərdə tətbiq edilir.

Sintetik solidola bənzəyən, yaxşı özlülük temperatur xüsusiyyətlərinə malik, saxlama zamanı az sıxılan, dağılma zamanı sərtləşməyən bu məhsul, -25-dən +65 °С-dək temperatur intervalında daha çox effektivlik göstərir, aşağı temperaturda yetərincə güclü mexanizmlərdə istifadə edilir.

Zavodun istehsal etdiyi digər məhsul - Qrafit sürtkü yağı ağır yüklü, yavaş hərəkətli mexanizmlərin sürüşmə hissələrində traktor və maşınların ressor və suspenziyalarında, açıq dişli valların sürtünən hissələrinin yağlanmasında geniş istifadə olunur.

Nəqliyyat vasitələrinin, sənaye mexanizmlərinin, elektrik avadanlıqlarının sürtünən və fırlanan diyircəkli yastıqların yağlanması üçün isə zavodun istehsal etdiyi Litol-24 sürtkü yağı istifadə edilir.


Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda keçmiş məhkum avtomatla yaxalandı -FOTO/VİDEO







Ötən sutka ərzində köməksiz qalan 16 nəfər xilas edilib - FHN - VİDEO







40 min manatlıq silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb







Bakıda yataqxanada yanğın başlayıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.