XEBEROXU.AZ
Haqqımızda     Reklam
RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda                           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU   



23 Yan
2021
13:04
714
23
Yan
13:04



KOBİA və TÜMKİAD arasında anlaşma memorandumu imzalanıb

Ölkəmizdə səfərdə olan Türkiyənin Tüm Kalkınma İş Adamları və Girişimçilər Təşkilatının (TÜMKİAD) nümayəndələri Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olublar.

Agentlikdən XeberOxu.Az-a verilən məlumata görə, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və TÜMKİAD-ın İdarə Heyətinin sədri İlhami Öztürk arasında keçirilmiş görüşdə Agentliyin fəaliyyəti, KOB-lara dəstək mexanizmləri, KOBİA və Türkiyənin müvafiq qurumları arasında əməkdaşlıq barədə məlumat verilib. KOBİA və TÜMKİAD arasında əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi görüşdə Orxan Məmmədov işğaldan azad olunan ərazilərimizin böyük iqtisadi potensiala malik olduğunu, türk şirkətlərinin bu ərazilərdə aparılan yenidənqurma işlərində iştirakı və investisiya qoyuluşu üçün geniş imkanların olduğunu vurğulayıb. Həmçinin, Agentlik Türkiyəli investorların Azərbaycan KOB-larının layihələrinə cəlb edilməsinə, hər iki ölkənin biznes assosiasiyaları arasında əməkdaşlığın genşləndirilməsinə dəstək göstərə bilər.

TÜMKİAD-ın İdarə Heyətinin sədri İlhami Öztürk isə görüşdə əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.

Görüş çərçivəsində KOBİA və TÜMKİAD arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və TÜMKİAD-ın İdarə Heyətinin sədri İlhami Öztürk imzalayıblar. Anlaşma memorandumunda hər iki ölkənin KOB-ları üçün qarşılıqlı sәrmayә yatırımlarının hәyata keçirilmәsinsә dәstәyin göstәrilmәsi, birgә tәdbirlәrin tәşkili, qarşılıqlı işgüzar sәfәrlәr zamanı zәruri әlaqәlәndirmәnin təmin olunması, informasiya vә qabaqcıl tәcrübә mübadilәsi nəzərdə tutulur.

Qeyd edək ki, TÜMKİAD Türkiyənin iş adamlarının birliyidir və sıralarında iqtisadiyyatın 27 sektoru üzrə 350-dən çox şirkəti birləşdirir.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Zərdabda evdən 25 min manatlıq oğurluq edilib







“Qurbaşı” dəstəsinin ömürlük cəzaya məhkum edilən üzvü azadlığa çıxmaq istəyir







Karantini pozan kafenin icarədarı və müştərilər cərimələnib (FOTO)







Paytaxtda 67 yaşlı qadını maşın vurdu


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.