XEBEROXU.AZ
Haqqımızda     Reklam
RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda                           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU   



23 Yan
2021
19:09
521
23
Yan
19:09



Qlobal səviyyədə Komiks və Karikatura Yarışmasına start verilir

Bərabərlik Nəsili - Təsvir edin! BMT Qadın, Avropa Komissiyası, Belçika, Fransa və Meksika qlobal səviyyədə Komiks və Karikatura Yarışmasına start verir

BMT Qadın, Avropa Komissiyası, Belçika, Fransa və Meksika Hökümətləri və “Cartoon for Peace” (Barışıq naminə Karikatura) Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının 25-ci ildönümünü qeyd etmək üçün qlobal səviyyədə Komiks və Karikatura Yarışmasına start verir.

Qadın və qız uşaqlarının səlahiyyətlərinin artırılmasına yönəlik ən görməli gündəm olan 1995-ci il tarixli Pekin Bəyannaməsi və Fəaliyyət Platforması, bərabərliyi və qeyri-ayrıseçkiliyi təmin etmək üçün strateji, cəsarətli addımlar atmağa öhdəlik götürmüş 189 hökumət tərəfindən Çinin Pekin şəhərində qəbul edildi.

25 il əvvəl Pekində verilmiş vəd yalnız qismən yerinə yetirildi. Beləliklə, hələ də bir çox qadın üçün sosial ədalət əlçatmaz qalmaqdadır.

Yarımçıq qalmış gender bərabərliyi və qadın hüquqları məsələsi barədə məlumatlandırmanı artırmaq məqsədilə təmənnasız göstərilən qayğı və görülən ev işlərinin bölüşdürülməsindən tutmuş qadın və qız uşaqlarına qarşı cinsi zorakılıq və zorakılığın bütün formalarına son qoymaq naminə mübarizəyədək geniş çeşidli sahələrdə gender bərabərliyinə dair arzularını təsvir etmək üçün dünyanın 18-28 yaş arasında olan bütün gəncləri Müsabiqə iştirak etməyə dəvət olunur.

“Cartoon for Peace” ilə əməkdaşlıqda, Meksikalı karikaturaçı Boligán və Fransız komiks rəssamı Adène və Belçikanın Baş Naziri Alexander De Croo və BMT Qadında İcraçı Direktoru Phumzile Mlambo-Ngcuka da daxil olmaqla təşkilatçı tərəfdaşların yüksək səviyyəli nümayəndələri münsiflər heyətinə daxil olacaqlar. Münsiflər heyəti üç finalçı seçəcəkdir ki, onlar da Parisdə Bərabərlik Nəsili Forumunun açılış mərasimində mükafatlandırılacaq və iştirak etməyə dəvət olunacaqlar.

BMT Qadınların təşkil etdiyi, Fransa və Meksikanın həmsədr olduğu, vətəndaş cəmiyyətinin rəhbərlik etdiyi və tərəfdaş olduğu Bərabərlik Nəsili Forumu iddialı gender bərabərliyi üçün investisiyaları və öhdəlikləri müəyyənləşdirmək və elan etmək üçün hökumətləri, şirkətləri və istənilən yaş və cinsdən olan dəyişiklik gətirən şəxsləri bir araya toplayacaqdır.

Mükafatlandırılan karikaturalar sərgilənəcək, eləcə də Barış üçün Karikatura onlayn platformasında nümayiş olunacaqdır.

Karikaturalar 14 mart 2021-ci il tarixinədək təqdim edilməlidir.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda keçmiş məhkum avtomatla yaxalandı -FOTO/VİDEO







Ötən sutka ərzində köməksiz qalan 16 nəfər xilas edilib - FHN - VİDEO







40 min manatlıq silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb







Bakıda yataqxanada yanğın başlayıb


Digər Dünya xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.