23 Yan 2021
19:30
![]() |
23
Yan 19:30
![]() Dünyaca tanınmış aparıcı koronavirusdan vəfat etdi - FOTO Amerikalı teleaparıcı Larri Kinq 87 yaşında vəfat edib. “RİA Novosti”nin məlumatına görə, bu barədə jurnalistin rəsmi “Twitter” səhifəsində xəbər verilib. Kinq Los Ancelesdə xəstəxanaların birində ölüb. Qeyd edək ki, o, 1985-2010-cu illərdə yayımlanan “Larry King Live” şousu ilə tanınıb. Tanınmış jurnalist siyasətçilər, aktyorlar, idmançılar və digər məşhurlardan ümumilikdə 50 mindən artıq müsahibə götürüb. Kinq “Emmi”, “Pibodi” mükafatlarının laureatı, həmçinin “Cable ACE”ın onqat mükafatçısı olub. 2017-ci ildə Kinq ağciyər xərçəngi ilə mübarizə apardığını elan edib. 2019-cu ildə ona anqioplastika edildi, cari ilin yanvar ayının əvvəlində isə o, koronavirusa yoluxma səbəbindən xəstəxanaya yerləşdirildi. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bakıda keçmiş məhkum avtomatla yaxalandı -FOTO/VİDEO
Ötən sutka ərzində köməksiz qalan 16 nəfər xilas edilib - FHN - VİDEO
40 min manatlıq silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb
Bakıda yataqxanada yanğın başlayıb
|