23 Yan 2021
20:03
![]() |
23
Yan 20:03
![]() Makqreqor - Puarye görüşü nə vaxt başlayacaq? - VİDEO Bu gün MMA üzrə UFC-257 turniri keçiriləcək. XeberOxu.Az xəbər verir ki, yarış BƏƏ-nin paytaxtı Əbu-Dabidə yerləşən Yas adasında baş tutacaq. Turnir çərçivəsində 11 döyüş keçiriləcək. Təbii ki, gecənin əsas döyüşü yüngül çəki kateqoriyasında irlandiyalı Konor Makqreqorla amerikalı Dastin Puarye arasında olacaq. Tərəflər artıq 2014-cü ilin sentyabrın 27-də üz-üzə gəlib. Həmin görüşün birinci raundunda Makqreqor rəqibini nokauta salıb. Məhz bu görüş həmin döyüşün revanşı hesab olunur. Qeyd edək ki, hər iki idmançının 32 yaşı var. Konor Makqreqor indiyədək 26 döyüş keçirib və bunlardan 22-də qalib gəlib. Fransız mənşəli Dastin Puarye isə 33 döyüşdən 26-da qələbə qazanıb. Turnir ABŞ telekanallarının yayımı nəzərə alınaraq, gecə saatlarında baş tutacaq. Belə ki, yarışın Bakı vaxtı ilə saat 04:00-da keçirilməsi nəzərdə tutulub. Gecənin əsas döyüşü isə təxminən 07:40-da başlayacaq.
ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bakıda keçmiş məhkum avtomatla yaxalandı -FOTO/VİDEO
Ötən sutka ərzində köməksiz qalan 16 nəfər xilas edilib - FHN - VİDEO
40 min manatlıq silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb
Bakıda yataqxanada yanğın başlayıb
|