Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Sen
2019
19:26
642

19
Sen
19:26



Daxili İşlər naziri gənc zabitləri təbrik edib

Sentyabrın 19-da Daxili İşlər Nazirliyində (DİN) bu il Polis Akademiyasını bitirmiş, Nəqliyyatda Baş Polis İdarəsində, Sumqayıt Şəhər və Abşeron Rayon Polis idarələrində sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların həmin orqanlarda vakant olan zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib.

Nazirlikdən Xeberoxu.Az-a verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov təyinatın aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini bildirib. Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin parlaq gələcəyinin yüksək intellektə, geniş dünyagörüşünə, dərin biliyə və işgüzarlığa malik, mükəmməl təhsil almış, dövlətçiliyə sadiq, vətənpərvər gənclərdən asılı olduğunu dəfələrlə vurğulayıb.

Belə yüksək mənəvi və iş keyfiyyətlərinə malik şəxslərin dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri, onların ölkəmizin ictimai-siyasi həyatında daha geniş şəkildə təmsil olunmaları üçün zəruri addımların atıldığını deyən nazir hazırki tədbirin də göstərilən sahədə həyata keçirirlən məqsədyönlü siyasətin növbəti təzahürü olduğunu vurğulayıb.

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov bu il Polis Akademiyasının qiyabi şöbəsini bitirənlərin artıq 47-nin təyinatının həyata keçirildiyini xatırladıb, eyni məqsədlə növbəti dəfə Nazirliyə 10 məzunun dəvət edildiyini bildirib və namizədlərin siyahısını elan edib.

Daha sonra iddiaçılar orta rəis heyətinə aid vakant olan vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkiblər.

Onların nəzərinə çatdırılıb ki, püşkatmada iştirak etmiş bütün əməkdaşlar Daxili İşlər nazirinin müvafiq əmrləri ilə «polis leytenantı» xüsusi rütbəsi verilməklə zabit vəzifələrinə təyin olunurlar.

Tədbirə yekun vuran general-polkovnik Vilayət Eyvazov gənc əməkdaşları təbrik edərək çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, polis adını uca tutmalarını, daim bilik və təcrübələrini artırmalarını, öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarının sirlərinə bələd olmalarını və həmişə vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını tövsiyə edib.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda tuneldə qəza: yük maşını belə aşdı - ANBAAN VİDEO







Bu qəsəbədə su olmayacaq







Gecə Bakıda 15 yaşlı qızı döyərək xəstəxanalıq etdilər







Psixoloqlar diaqnostik qiymətləndirilmədən keçəcək - Dekabrda


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az