Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV








04 Dek
2018
20:06
159



Dekabrın ilk hərracında 15 dövlət əmlakı öz sahibini tapdı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Komitədən XeberOxu.Az-a verilən məlumata görə, özəlləşməyə çıxarılan dövlət əmlaklarından 15-i hərracda öz sahibini tapıb. 4-ü kiçik dövlət müəssisə və obyekti, 4-ü qeyri-yaşayış sahəsi və 7-si nəqliyyat vasitəsi olan dövlət əmlakları üzrə ümumilikdə 21 sifariş qəbul edilib. Verilən sifarişlərin özəlləşdirilən dövlət əmlaklarından çox olması hərracı rəqabətli edib.

Ofis və xidmət obyekti kimi istifadə üçün uyğun olan qeyri-yaşayış sahələrindən biri Səbail rayonu, A.İsgəndərov küçəsində yerləşir. Ümumi faydalı sahəsi 36.9 kv.m olan bu obyektin hərracında 2 sifarişçinin mübarizəsi təyin olunan qiyməti 2 dəfədən çox yüksəldib. Belə ki, qalib iştirakçı ilkin qiyməti 13 min 500 manat olan əmlak üçün 28 min manat təklif edib. Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, 9 ünvanındakı obyektin ümumi faydalı sahəsi isə 88.8 kv.m-dir. Paytaxt üzrə özəlləşdirilən digər qeyri-yaşayış sahələri isə Suraxanı rayonu ərazisində yerləşir.

Nəqliyyat vasitələri üzrə geniş seçim imkanı vətəndaşların bu növ dövlət əmlakları üzrə hərraclarda iştirak marağını artırır. Bu dəfə özəlləşdirilən 7 avtomobildən 3-nə ümumilikdə 8 sifariş verilib. Belə ki, rəqabətli hərracda buraxılış ili 2006, ilkin hərrac qiyməti 3 min manat olan "Vaz" markalı avtomobil üçün iştirakçılardan biri 4 min 350 manat təklif edib. Özəlləşdirilən digər avtomobillər isə "BMW", "Mercedes", "Vaz" və "Nissan" markalarına aiddir.

Kiçik dövlət müəssisə və obyektlərindən biri paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Sübhi küçəsindəki 7 saylı Stomatoloji poliklinikadır. Yüksək iqtisadi potensiala malik əmlakın ümumi faydalı sahəsi 418.9 kv.m-dir. Torpaq sahəsi ilə birgə özəlləşdirilən obyekt investorun seçdiyi biznes sahəsi üzrə gəlirli fəaliyyətə imkan verir. Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Davudoğlu küçəsində yerləşən mağaza isə sahibkarlıq fəaliyyəti üçün uyğun seçimdir. Adı çəkilən bu əmlakın ümumi faydalı sahəsi 217.8 kv.m-dir. Özəlləşdirilən digər kiçik dövlət müəssisələri paytaxtın Sabunçu rayonunda və Şəmkirin Xuluf kəndində yerləşir.

Qeyd edək ki, komitə tərəfindən növbəti hərrac dekabrın 11-i keçiriləcək. Hərraca ümumilikdə 83 dövlət əmlakı çıxarılıb. Onlardan 35-i kiçik dövlət müəssisə və obyekti, 21-i qeyri-yaşayış sahəsi, 7-si nəqliyyat vasitəsi, 20-si isə səhmdar cəmiyyətidir.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər İqtisadiyyat xəbərləri

Siyasət

Xarici Siyasət

Hava proqnozu

Xarici hava proqnozu

Dünya
İqtisadiyyat

Cəmiyyət

Sosial

Media
Müharibə

Hərbi xəbərlər

Maraqlı

Elektronika

Avto-Moto

Hadisə
Şou-biznes

Xarici şou-biznes

İdman

Kriminal

Mədəniyyət

Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2018 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, [email protected]